Son iki gün milli parklarda gözlənilən hava


İstirahət günlərində milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.

son-iki-gun-milli-parklarda-gozlenilen-hava
05.05.2023 21:29 2 dəq oxuma

Milli Hidrometeorologiya Xidmətindən  bildirilib ki, Samur-Yalama milli parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin 7-də gündüz arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10 °isti, gündüz 15-18° isti olacaq.

Altıağac milli parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin 07-də gündüz arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-10° isti, gündüz 12-15° isti olacaq.

Ağgöl milli parkında hava şəraitinin mülayim, əsasan yağmursuz keçəcəyi, lakin 07-də gündüz arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq.Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-13° isti, gündüz 20-25° isti olacaq.

Qızılağac milli parkında havanın sabit, əsasən yağmursuz keçəcəyi, lakin 07-də gündüz arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var.Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-15° isti, gündüz 20-25° isti olacaq.

Göygöl milli parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin 07-də gündüz arabir yağış yağacağı gözlənilir.Gecə və səhər duman olacaq. Şimşək çaxacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10° isti , gündüz 14-17° isti olacaq.

Şirvan milli parkında m ülayim, sabit, əsasan yağmursuz hava şəraiti gözlənilir. Lakin 07-də gecəyə doğru yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 24-27° isti olacaq.

Hirkan milli parkında havanın sabit, əsasən yağmursuz keçəcəyi, lakin 07-də gündüz arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-15° isti, gündüz 20-25° isti olacaq.

TurpKimi.com