Sonsuzluğun qarşısını alan meyvə - Yemişin faydaları


Bilirsiniz, yemişdə xüsusi özəllik var.

sonsuzlugun-qarsisini-alan-meyve
27.06.2021 22:00 2 dəq oxuma

Ləzzəti və gözəl qoxusu ilə yemiş yay aylarının ən çox yeyilən meyvələrindəndir. Bir çox növü olan yemiş bədənə müxtəlif faydaları ilə seçilir. Göz sağlamlığından arıqlamağa, immun sistemindən tutmuş sonsuzluğun qarışısı almağa kimi əvəzolunmaz faydaları vardır.

Bağırsağın dostudur

Yemiş kalorisi aşağı olan lifli meyvədi. 150 qram bir porsiya sayılır, 1,5 qram lif olur. Tərkibində lifin çox olmasıyla bu meyvə bağırsaqların işləməsinə kömək edir. Yemişi səhərlər yemək olar. Səhər yediyiniz zaman lifli olduğu üçün uzun müddət toxluq hiss edəcəksiniz.

Beta karotenlə zəngindir

Sarı və narıncı rəngdə olan meyvələrin bir çoxu beta karotenlə zəngindir. Beta karoten asanlıqla A vitamininə çevrilən bir komponentdir. Bu da gözlərin sağlamlığına müsbət təsir edir. Aparılan araşdırmalarda beta karotenin kataraktanın yaranmasının qarşısını aldığı aşkar edilib. Bundan başqa, beta karoten bütün orqanizmin sağlamlığını və immun sistemini gücləndirir.

Hamiləlik zamanı yeyilməlidir

A, B və C vitaminləri, natrium, kalium, maqnezium, dəmir, mis və alfa-beta karotenləri ilə zəngindir. Tərkibindəki folat hamilə qalmaq istəyənlərə və hamiləliyini sağlam keçirmək istəyən analara fayda verməkdədir. Aparılan araşdırmalara görə, davamlı yemiş yemək sonsuzluğun qarşısını almağa kömək edir. Yemişdə hormonları tarazlayan özəllik də var.

İdmançılara ən faydalı dəstək

Hər şeydə olduğu kimi yemiş yeyərkən də həddi aşmaq lazım deyil. Gündə bir dilim, yəni 150 qram yemək kifayət edir. Xüsusilə də idmanla məşğul olanlar ürək rahatlığı ilə bu meyvədən yeyə bilərlər. Çünki idman edərkən proteinlə zəngin, lakin karbohidratların az olduğu qidalarla qidalanmaq lazımdır. Ona görə də idmanla məşğul olanların orqanizmi vitamin və minerallardan əskik qalır. Lakin yemişdəki karbohidratlar faydalıdır və idman edənlərin asanlıqla yeyəcəyi bir meyvədir.

Lakin diabet xəstələrinin həkimlə məsləhətləşmədən bu meyvədən rahatlıqla yeməmələri məsləhət görülür.

YEMİŞDƏN  HAZIRLANAN  İÇKİ

Yemişdən hazırlanan içkilər həm sərinlədir, həm də insanı tox tutur. Evdə rahatlıqla yemişdən hazırlayacağınız içkinin reseptini təqdim edirik:

- 200 qram qara üzüm

- 3 dilim banan

- 1 dilim yemiş

- 1 xörək qaşığı vanilinli dondurma

- 1 stəkan süd

Hamısını blenderdən keçirib nuşcanlıqla için.

Firuzə Alimova / TurpKimi.com

Yazılıb:22-07-2019