Vətən müharibəsi iştirakçısı Fərrux Rzazadə "ATV"də yayımlanan "Bizimləsən” proqramının qonağı olub.
TurpKimi.com xəbər verir ki, döyüşçünün müharibə zamanı evlərin birindən tapılan pianinonu ifa edərkən çəkilən videosu sosial şəbəkələrdə yayılaraq çox bəyənilmişdi.
Efirlərdə görünmək istəməyən Fərrux Rzazadə televiziyada ilk dəfə "ATV"də qonaq olub. O, pianinoda yenidən ifa edib. Bu zaman verilişin aparıcısı Zaur Baxşəliyev göz yaşlarını saxlaya bilməyərək kövrəlib.
Müharibə iştirakçısı bildirib ki, paytaxtdakı kafelərin birində ofisiant kimi çalışır. Proqramın aparıcısı Zaur musiqi sahəsində Fərrux Rzazadəyə dəstək olacağına söz verib.
Həmin görüntüləri təqdim edirik: