Sosial şəbəkələrdən istifadə gəncləri intihara aparır? - Son araşdırma


Texnoloji yeniliklərin gənclərin həyatına təsir gücü araşdırılıb.

sosial-sebekelerden-istifade-gencleri-intihara-aparir
06.05.2021 01:25 1 dəq oxuma

Koronavirus pandemiyasından sonra gənclər arasında texnologiydan istifadə olduqca artmağa başlayıb. Lakin aparılan yeni araşdırmalara görə, gənclərin texnologiyadan istifadə etməsi onlarda psixoloji problemlər yaratmır.

TurpKimi.com xəbər verir ki, bununla bağlı İngiltərədə aparılan bir araşdırma gənclərin texnologiyadan istifadənin qarşılaşdıqları psixoloji problemlərə təsirinin çox az olduğunu ortaya çıxarıb.

Oxford Universitetinin araşdırması üçün 10-15 yaş arası 430 mindən çox gənc iştirak edib. Gənclərin televizora baxmaq, sosial mediadan və texnoloji yeniliklərdən istifadələri ilə depressiya, intihar düşüncəsi və davranış pozulmaları kimi psixoloji problemlər arasındakı əlaqələr araşdırılıb.

Araşdırmanın yekununda 1991 və 2019-cu illər arasında depressiya ilə televizora baxmaq, sosial şəbəkələrdən istifadənin az da olsa zəiflədiyi müşahidə edilib.

Eyni dövrdə sosial mediadan istifadənin psixologiyaya azacıq təsir etməsiylə bağlı artım izlənilib.

“2010 və 2019-cu illəri müqayisə etdikdə, sosial şəbəkələrin təsiri ilə ruhi sağlamlıq arasında fərqlilik müşahidə edilməyib”, - deyə professor Andryu Przibilski qeyd edib.

Qeyd edək ki, bu ilin yanvar ayında dərc edilən bir araşdırmada sosial mediadan isitifadə edən gənclərin onların psixoloji sağlamlıqlarına mənfi təsir etdiyi, onlarda özgüvəni zəiflətdiyi və intihara sürüklədiyi haqda fikirlər irəli sürülüb.

Firuzə Alimova / TurpKimi.com