Demək olar ki, çoxumuzun soyuducusunda yarıya bölünmüş limon olur.
Bir tam limonu axıra kimi istifadə edə bilmədikdə qalanını soyuducunun qapağına qoyuruq.
Bəs, bunun hansı zərərləri var?
TurpKimi.com maraqlı nüansları oxucuları ilə bölüşür.
Limon faydalı, ləzzətli, həm mətbəxdə, həm də təmizlikdə geniş istifadə edilən qidadır.
Limonun bir çox faydası olduğu kimi bəzi saxlama üsulları da var. Soyuducuya yarım limonu qoymayın.
Birincisi quruyur və faydasını itirir. İkincisi soyuducuda olan mənfi ionları özünə çəkir.
Dadı dəyişir və kif, bakteriya yaradır.
Yaxşı, limonu uzun müddət keyfiyyətli şəkildə necə saxlaya bilərik?
Limonu otaq temperaturunda saxlayın: sərin və quru mühit meyvə şirəsinin və ləzzətin qorunmasına kömək edəcək.
Təzə sıxılmış limon suyu: Limon suyunu təzə sıxaraq istifadə etmək, ən yaxşı dad və qida dəyərini qorumağın bir yoludur.
Təzə limonları daha kiçik parçalara bölün və istifadəsini asan hala gətirin: Soyuducuda saxlamaq istəyirsinizsə limonları daha kiçik parçalara bölmək meyvə şirəsinin daha uzun müddət təzə qalmasına kömək edə bilər.
Limonun yarısı qalıbsa onu paltaryuyana da ata bilərsiniz. Paltarlardan həm gözəl qoxu gələcək, həm də baraban təmizlənəcək.
İşlətmədiyiniz yarım limonu bir qaba qoyun üzərinə su tökün. Stolu sildiyiniz bezləri o suda saxlayın. Həm bezlər təmizlənəcək, mikroblardan arınacaq, həm də gözəl qoxu gələcək.
Həmin limonla pəncərələri silmək üçün su da hazırlaya bilərsiniz. Şüşələr par-par parlayacaq və ləkələr asanlıqla gedəcək.
Vüsalə Əlövsətqızı, TurpKimi.com