Soyulmuş və soyulmamış sarımsağı necə saxlamaq olar?


Mətbəximizdən əskik etmədiyimiz şeylər arasında sarımsaq öndə gəlir. 

soyulmus-ve-soyulmamis-sarimsagi-nece-saxlamaq-olar
25.10.2024 17:21 2 dəq oxuma

Ancaq sarımsağı düzgün saxlamaqla bağlı çətinlik çəkirik. Halbuki soyulmuş və soyulmamış sarımsağı dadını itirmədən, xarab etmədən  saxlamağın yolları var. 

Qan təzyiqini tarazlamaq və immuniteti gücləndirmək kimi faydaları olan sarımsaq necə saxlanmalıdır? 

TurpKimi.com xəbər verir ki, soyulmamış baş sarımsağı qaranlıq sərin və quru yerdə saxlayın. 

Uzunmüddətli saxlamaq üçün bu 3 faktordan uzaq tutun: istilik, işıq və nəm. Sərin  mühit  sarımsağın cücərməsinin qarşısını alır, quru mühit  nəmləndirmir və sarımsağın kiflənməsinə mane olur. Bu vaxt qaranlıq mühit isə sarımsaqların rənginin dəyişməsinin qarşısını alır. 

Havalı yer qabıqlı baş sarımsaqlar üçün əsas olmalıdır. Baş sarımsağı saxlamağın bir başqa yolu da var.  Kartof, soğan və sarımsaq saxlamaq üçün hazırlanmış, üzərində hava keçirdən  dəliklərin olduğu saxlama qablarıdır.

Soyulmuş sarımsağı necə saxlamaq lazımdır?

Mümkün olduqca qısa müddətdə istifadə edin. Sarımsaqları soyduqdan sonra hava keçirməz bir qabda soyuducuda rahatlıqla saxlaya bilərsiniz.

Sarımsaq kəskin qoxusunu və ətrini  itirə bilər, ona görə də mümkün olduqca tez bir zamanda istifadə edin. Soyulmuş sarımsağı soyuducuda saxlamaqla ən geci 1 həftə ərzində istifadə edin. 

Bundan əlavə soyulmuş sarımsağın ömrünü uzada biləcək başqa üsullar da var:

Soyulmuş diş sarımsaqları yağda da  saxlamaq olar, ancaq sarımsaqları yağa qoyduqdan sonra otaq temperaturunda saxlamayın. Bu  xlostridium botulinum bakteriyasının ifraz etdiyi  toksindən qaynaqlanan botulizm xəstəliyi üçün uyğun bir mühit yaradıb zəhərlənmənizə gətirib çıxarar.

Ona görə də yağda saxladığınız soyulmuş diş sarımsaqları dərhal soyuducuda və ya dondurucuda saxlayın. 

Mütəxəssislər soyuducuda saxladığınız sarımsaqları 7 gün ərzində istehlak etməli olduğunuzu bildirir. Dondurucuda isə  saxladığınız sarımsaqlar bir neçə aya qədər qala bilər. Sarımsaqları saxlayarkən dondurucu üçün uyğun şüşə qab və ya buzluq paketindən istifadə edə bilərsiniz.

Sirkəyə qoyun

Qida təhlükəsizliyi mütəxəssisləri soyulmuş diş sarımsaqların sirkəyə qoyularaq saxlana biləcəyini də qeyd edir. Bunun üçün alma və üzüm sirkəsi ən ideal sirkədir. Bu şəkildə sarımsaq təxminən 4 ay qala bilər. Ancaq sarımsaqda kiflənmə varsa əsla  istifadə etməyin!

Vüsalə Əlövsətqızı, TurpKimi.com

Yenilənib