Arıqlamaq istəyənlərin də diqqətini çəkəcək araşdırma...
Alimlər apardıqları araşdırma nəticəsində çılpaq yatmağın faydalı olduğunu açıqlayıblar.
Lakin araşdırmaya bir maddəni də əlavə edilib. Belə ki lazım olan saata kimi gecə oyanmadan yaxşı yatmaq istəyirsinizsə, corabla yatmaq lazımdır.
Yatarkən qanın bədəndə dövretməsi dəyişir və bu zaman insan üşüyən ayaqlarına görə gecə yarısı oyanır. Ona görə də ayaqlarımızın hava alması üçün yun və ya pambıqdan olan corablar geyinmək olar. Ucuz, sintetik corablarla yatmaq, sadəcə tərləmiş ayaqlarla yatmanıza səbəb olacaq.
Alimlər otağın nə qədər soyuq olmasına baxmayaraq, yatarkən siçanlarda qəhvərəngli yağın yarandığını aşkar ediblər. Bu daha sonra insanlarda da kəşf edilib.
Çünki çılpaq yatan zaman qəhvərəngli yağ əmələ gəlir. Bu zaman insulinə qarşı həssaslıq əldə edilir. Bunun sizin arıqlamağa kömək etdiyi iddia edilir.
Firuzə Alimova / TurpKimi.com