Soyuq  çizkek resepti


Yayın isti havasına inad şirniyyat hazırlayıb sərinləmək necə fikirdir?

soyuq-cizkek-resepti
07.08.2023 20:10 1 dəq oxuma

TurpKimi.com bişirmədən, sobadan istifadə etmədən çizkek hazırlamaq qaydasını oxucuları ilə bölüşür:

Fıstıqlı, kokoslu çizkek (Cheesecake) üçün lazım olan ərzaqlar

Alt hissəsi üçün:

2 paket burçak peçenye (burçak və ya peti brütter peçenyesi)
125 qr kərə yağı
140 qr hind qozu (kokos)
40 qr xırdalanmış fındıq

Cheesecake üstü üçün;

700 qr  ağ krem pendir (Pınar beyaz)
230 qr ağ şokolad
135 ml krem qaymaq
60 ml süd
250 qr fıstıq kremi

Hazırlanması:

Peçenyeləri mətbəx robotundan keçirin və toz şəklinə gətirin.  Kərə yağını əridib hind qozu və  fındıq ilə birlikdə hamısını qarışdırın.

23 sm diametrli qandallı qəlibə qaşığın köməyi ilə yayın və üzərinə fıstıq əzməsini qoyub təkrar yayın. Soyuducuda 2-3 saat saxlayın. 

Krem pendiri  mikserdə qarışdırın və köpürdün. Ayrı bir qabda qaymaq və şokoladı benmari üsulu (isti su buxarında) əridin və soyuduqdan sonra krem pendiri içərisinə əlavə edin.

Ən sonda südü əlavə edib qəlibin içərisinə töküb üzərinə kokos səpin.

1 gün soyuducuda dondurun, sonra üst gözə  +4-ə  qoyun və dilimləyib servis edin. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com