Soyuq havada yun əlcək taxmaq təhlükəlidir - Dermatoloq


Hazırda satılan əlcəklərin əksəriyyəti sintetik vasitələrdir...

soyuq-havada-yun-elcek-taxmaq-tehlukelidir
30.11.2023 01:16 1 dəq oxuma

"Yun əlcəklər şaxtalı havada əllər üçün yaxşı müdafiədir, lakin allergiyası olan insanlar soyuqdavamlı sintetik materiallardan hazırlanmış aksesuarlara üstünlük versə, daha yaxşı olar”.

TurpKimi.com bildirir ki, bu məsləhəti dermatoloq Yuri Jernov "Gazeta.Ru"ya müsahibəsində verib. O bildirib ki, yun məhsulları allergik reaksiyaya səbəb ola bilər.

“Təbii yun məmulatlarının tərkibində təbii yun mumu lanolin olur. Bir tərəfdən əlcəyə yumşaldıcı keyfiyyət verir, digər tərəfdən isə potensial allergik vasitədir”, - həkim bildirib.

Ona görə də dermatoloq allergiya xəstələrinə, xüsusən də atopik dermatitdən əziyyət çəkənlərə təbii qoyun yunundan hazırlanmış əlcəklərdən uzaq durmağı tövsiyə edib.

Firuzə Alimova / TURPKİMİ.COM