Soyuq qış aylarının isidici şorbası


Həm asan, həm ləzzətli  şorba hazırlamaq istəyirsinizsə bu resepti qaçırmayın!

soyuq-qis-aylarinin-isidici-sorbasi
13.12.2023 21:32 1 dəq oxuma

TurpKimi.com olaraq soyuq havaya ən çox yaraşan gül kələmi şorbası üçün lazım olanları təqdim edirik: 

GÜL KƏLƏMİ ŞORBASI

1 ədəd orta ölçüdə gül kələmi
2 ədəd kartof
1 ədəd soğan
1 yemək qaşığı duru yağ
1 yemək qaşığı un
1 kiçik çay qaşığı duz
1/2 çay qaşığı qara istiot
5 su stəkanı su

Üzəri üçün:

1 yemək qaşığı kərə yağı
1/2 su stəkanı süd
Pul bibər

Hazırlanması:

Gül kələmini çiçəklərindən ayırın və yuyun. Kartofları və soğanı kub şəklində doğrayın. 

Qazana duru yağ əlavə edib soğanı qovurun. Rəngin dəyişəndə  kartofu əlavə edin və bir az daha qovurun.
Unu əlavə edib qoxusu çıxana qədər qovurun.
Gül kələmi və suyu əlavə edib qaynadın.
Qaynadıqdan sonra zəif odda  20-25 dəqiqə  bişirin.
Bişdikdən sonra blenderdən keçirdin.

Üzəri üçün 

Başqa qazanda kərə yağını əridin. Unu əlavə edib qoxusu çıxana qədər qovurun.
Südü əlavə edib qarışdırın.
Şorbanı qazana əlavə edin və qarışdırın. Duz və qara istiot əlavə edin.
Üzərinə pul bibər səpərək servis edin. 

Nuş olsun, şəfa olsun. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com