İsti aylarda sərin və ya buz kimi su içmək insana rahatlıq gətirir. Ancaq xalq arasında bu içkilərin boğaz ağrısına səbəb olduğu ilə bağlı bir inanc var.
Yayda insanın orqanizmi suya olan tələbatını daha da artırır. Ancaq, soyuq suyun boğaz iltihabına səbəb olduğuna dair ön mühakimələr elmi araşdırmalarda təsdiqini tapmadı.
Boğaz iltihabı (farengit) ümumiyyətlə viral və ya bakterial infeksiyalar nəticəsində yaranır. Boğaz ağrısı soyuq su içməklə deyil bu infeksiyalarla əlaqəlidir.
Mütəxəssislər və aktual araşdırmalar soyuq suyun boğaz iltihabına səbəb olmadığını, hətta bəzi vəziyyətlərdə rahatlaşdırıcı təsir göstərdiyini ortaya çıxardıb.
Mütəxəssislər soyuq suyun boğazdakı mukozal səthlərdə qısa, davamlı bir soyutma təsiri yarada biləcəyini, ancaq bu təsirin iltihablanma müddəti ilə birbaşa əlaqəsinin olmadığını ifadə edir.
Son araşdırmalara görə, soyuq suyun boğaz infeksiyalarının inkişafı üzərində diqqətə çarpan bir təsiri yoxdu. Nəticələr boğaz infeksiyalarının əksər hallarda hava yoluyla yayılan patogenlərlə əlaqəli olduğunu və ekoloji faktorların bu cür infeksiyaların meydana gəlməsinə təsir etmədiyini göstərdi.
Vüsalə Əlövsətqızı, TurpKimi.com