Sağlam orqanizm ağrımaz...
Bir çox qadın əmindir ki, soyuq yerdə oturmaq olmaz. Çünki bundan sonra qadın cinsi orqanlarında və sidik yollarında problemlərin yaranacağını düşünür.
TurpKimi.com bildirir ki, ginekoloq Anastasiya Sokolovskaya “Life”a müsahibəsində soyuq səthin üzərində oturduqdan sonra qadın xəstəliklərinin mümkünlüyünü şərh edib. Həkim bildirib ki, qadın sağlamdırsa, onun bədəni soyuğun öhdəsindən asanlıqla gələcək. Yəni soyuq səthə oturmaqla qadın xəstəlikləri yaranmaz.
“Uşaqlığı, yumurtalıqları və ya sidik kisəsini soyuğa vermək mümkün deyil” - ginekoloq deyib.
Həkim soyuq səthdə oturduqdan sonra baş qaldıran ağrıların səbəbini bu cür izah edib: “Sistit və ya çanaq orqanlarının digər xəstəlikləri orqanizmə bakteriya və virus daxil olduqda baş verir. Əgər keçmişdə belə bir infeksiya baş veribsə və bədəndə "yatmış proses" şəklini alıbsa, bədənin immunitet sisteminin qoruyucu funksiyası azalıbsa, soyuqdəymə (hipotermi) onun kəskinləşməsinə səbəb ola bilər. Sizdə sistit, herpes və ya çanaq iltihabı xəstəliyi varsa, bu halda soyuq yerdə oturduqdan sonra kəskinləşmə riskiniz var".
Həkim qeyd edib ki, çanaq xəstəlikləri ilə bağlı söylədikləri təkcə qadınlara deyil, əks cinsə də aiddir.
Firuzə Alimova / TurpKimi.com