Soyuqdəymə zamanı bir dəfəyə neçə limon yeyilməlidir?


Limon heç də C vitamini ilə zəngin deyil...

soyuqdeyme-zamani-bir-defeye-nece-limon-yeyilmelidir
28.03.2024 00:34 1 dəq oxuma

“Virus xəstəliklərinin müddətini qısaltmaq üçün bir dəfəyə 195 ədəd limon yemək lazımdır”.

TurpKimi.com bildirir ki, bunu immunoloq Andrey Prodeus “Sağlam Yaşa” verilişində deyib. Onun sözlərinə görə, bu sitrus meyvəsi heç kimi soyuqdəymədən xilas etmir.

"Finlandiyada limonun viral xəstəliklərin vaxtını azaltmağa kömək edib-etməyəcəyinə dair araşdırma aparılıb. Məlum olub ki, belə bir şeyin baş verməsi üçün bir dəfəyə 195 limon yemək lazımdır. Bir sözlə, soyuqdəymə zamanı limon yemək kömək etmir”, - həkim deyib.

Həkim limonun zəngin C vitamini mənbəyi olduğunu da mif adlandırıb. Onun sözlərinə görə, sitrus meyvələrinə turşluq verən vitamin deyil, tərkibindəki limon turşusudur. Üstəlik, vitaminin ən yüksək konsentrasiyası içində deyil, qabığında olur.

"Qabıqda pektin var. O da immun sistemini stimullaşdırmağa kömək edən faydalı bağırsaq bakteriyaları ilə təmin edir", - həkim bildirib. 

Firuzə Alimova / TURPKİMİ.COM