5 yaşında oğlum var. Bizə və ətrafında olan hər kəsə çox rahatlıqla söyüş söyə bilir. Mən bir ana kimi nə etməliyəm?
Uşaq söyüş söymə metodundan o anda hiss etdiklərini, duyğularını ifadə edən kəlimə tapmadığı üçün istifadə edir.
Uşaq söyüşü mənasını bilərək, qəsdən söyməz. Uşaq küfr etmək, təhqir etmək mənasında pis söz deməz. Sadəcə olaraq mənasını bilmədən, o anki duyğularını ifadə etmək üçün istifadə edər. Sadəcə olaraq uşağa öyrəndiyi və eşitdiyi kəlimələrin doğru olmadığını, zamana uyğun və əlverişli mühitdə başa salmaq lazımdır. Uşaqla səmimi ünsiyyət qurun və ona deyin:
“Əhməd sənə bir şey deyə bilərəmmi? Az öncə mənə bir söz söylədin. O kəliməni işlətməyin doğru deyil. Mən çox pis oldum, bu sözü işlətdiyin üçün çox utandım. İstəyirsən əsəbiləşdiyin, hirsləndiyin vaxt o sözün əvəzinə “Ana mən hazırda çox hirslənmişəm” de, ya da “Ana mən çox hirsləndim” deyərək uyğun dildə uşağa duyğularını ifadə etmək üçün yol göstərin.
Uşaq söyüş söyəndə nə etməliyəm?
İşləyən qadınam. Övladıma anamgil baxır. Atam çox mühafizəkar olub, problemli uşaqlıq keçirtmişik. Övladıma qeyri-etik sözlər öyrədir, pis sözlər söyləyərək sevgi göstərir. Övladım da eşitdiyi sözləri arada-bərədə bizə deyir. Atama dəfələrlə demişəm, amma fikirlərimə məhəl qoymur. Nə edəcəyimi bilmirəm. Uşağım söyüş söyərkən mən necə davranmalıyam?
Uşağa kobud sözlərdən istifadə etməyin doğru davranış olmadığını demək lazımdır.
Öncəliklə bunu deyim. Babaların, nənələrin, eləcə də yaxın qohumların uşağa olan sevgisi fərqlidir. Baba və nənələrin şəfqət damarı daha çoxdur, nəvələrini şəfqətlə sevərlər. Vurmağı, acıqlanmağı öz daxillərində öldürüblər. Hətta danlamaqlarında belə şəfqət var.
Uşaq bütün bunları hiss edir. Yəni babanın nəvəsinə “Alçaq, şərəfsiz, indi səni tutacam, zırrama uşaq” deyə sevməsi, hər nə qədər uşağın duyğularına müsbət təsir edərsə, bir o qədər də söyüşə öyrənməyə sürükləyər.
Uşaq babasından eşitdiyi bu sözləri təhqir deyil, sevgi kimi başa düşər və sevgi hissini göstərəcək söz kimi qəbul edər.
Bu zaman uşaqla uyğun şəraitdə danışmaq, söhbət eləmək lazımdır.
Əgər uşaq “Babam da belə deyir” deyərsə, “Bəli, oğlum/qızım, baban elə deyir. Çünki bundan əvvəl babalar, nənələr bunun doğru olduğunu zənn edərdilər, amma pis söz söyləmək doğru deyil. Baban hər kəsə qarşı bu sözləri deyir. Bu o demək deyil ki, biz də istifadə etməliyik” - deyə, bilərsiniz.
Ana-ata olaraq bu kəlimələrdən istifadə etmədiyinizi söyləyə bilər, onun da istifadə etməməsini sakitcə anlatmalısınız. Uşağın hər dəfə bu sözlərdən istifadə etməməsi üçün mübarizə aparmalı, hər dəfə də doğru olmadığını israrla başa salmalısınız. Yoxsa uşaq gələcəkdə duyğuyla bağlı deyil, davranışla bağlı problem yaşayar.
Türkiyəli pedaqoq Adem Güneşin “Çoçuk neyi neden yapar” kitabından
Vüsalə Əlövsətqızı, TurpKimi.com