Spermanın içində nələr var?


Xaric olunmadıqda nə baş verir?

spermanin-icinde-neler-var
31.10.2022 00:44 1 dəq oxuma

Sperma haqqında maraqlı və qeyri-adi məlumatlar var. Odur ki, bu mövzu internetdə hər zaman ən çox axtarılanlar arasında yer alır. Çünki bu haqda tibdə çox danışılsa da, insanlar arasında elə də müzakirə edilmir.

-Spermanın içində C vitamini, kalsium, zülal, natrium, sink, limon turşusu və fruktoza var.

-Sperma kişilərin xayalarında əmələ gəlir və hər spermanın yetişməsi üçün 10 həftə müddət lazımdır.

-Sağlam kişi gündə təqribən 70-150 milyon arasında sperma istehsal edə bilir.

-Sperma boşalma yolu ilə çölə atılmadığı təqdirdə parçalanır və orqanizm tərəfindən sorulur. Yəni istehsal olunduğu yerə qayıdaraq yox olur.

-Kişi orqanizmi gündə milyonlarla yeni sperma istehsal edir və bu spermaların yetişməsi 2-3 ay arasında dəyişə bilir.

Qadın orqanizmində spermanın ömrü 72 saatdır. Ancaq uyğun şərtlərdə bu müddət 5-7 gün arasında da ola bilər.

Sperma hüceyrələri həddən artıq çox kiçikdir. Təxminən 0,00508 santimetrdir.

Firuzə Alimova / TurpKimi.com