Spermanın keyfiyyətini artıran qidalar - Hamilə qalmaq istəyənlərə


3 ay həmin dieta ilə qidalanmanıza ehtiyac var.

spermanin-keyfiyyetini-artiran-qidalar
27.03.2019 00:56 1 dəq oxuma

Adətən hamilə qalmaq istəyən qadınlar üçün nəzərdə tutulan dieta bu dəfə həm qadın, həm də kişilərə aid edildi. Yeni "reproduktiv dieta" kişilərdə spermatazoidlərin keyfiyyətini, qadınlarda isə hamilə qalmaq şansını artırır.

Araşdırma zamanı hamilə qalmağa çalışan 18 min qadının qidalanmasına edilən dəyişikliklər onlarda müsbət nəticə göstərib. Bu dieta eyni zamanda arıqlamağa da kömək olur. Çünki bədəndə artıq çəki də hamilə qalmağa 4 faiz mənfi təsir göstərir. Beləliklə, məqsədinizə çatmaq üçün 3 ay həmin dieta ilə qidalanmanıza ehtiyac var.

TurpKimi.com həmin dietanı təqdim edir:

1 – Doymamış bitki yağı qəbul etmək, doymuş yağlardan uzaq durmaq;

2 – Bitki tərkibli proteinlərlə çox, heyvan mənşəli proteinlərlə az qidalanmaq;

3 – Yavaş həzm edilən karbohidratlar qəbul etmək;

4 – Yağlı olan süd məhsulları ilə qidalanmaq;

5 – Fol turşusu və B tərkibli multivitaminlər qəbul etmək;

6 – Sağlam Bədən Kütlə İndeksinə (BKİ) sahib olmaq;

7 – İdman etmək;

8 – Bol su və soda içmək;

9 – Dəmirlə zəngin olan qidalarla qidalanmaq;

10 – Siqaret çəkməmək və kofeinin azaldılması spermatazoidlərin keyfiyyət parametrlərinə təsir edir.

Firuzə Alimova / TurpKimi.com