Bu erotik alt paltarı qadınların sağlamlıği üçün təhlükəlidir.
Qadınların erotik alt geyimləri olan stringerlər dar paltarların altından geyinmək üçün rahatdır. Lakin geyimlərində bu tumanlardan tez-tez istifadə edən qadınların sağlamlığı təhlükə altındadır.
TurpKimi.com “gordonua.com”a istinadla bildirir ki, strinq qadın alt paltarlarının ən açıq modelidir. Ətraflar"ı ancaq iplərdən, yalnız ön və arxadan üçbucaq şəklində kiçik parçadan ibarətdir. Adından da məlumdur ki, ingilis dilindən tərcümədə “string” “sim, ip” mənasını verir.
Hazırda müasirləşdirilmiş formada qadınlar üçün satılan strinq əslində Afrika tayfalarında yaşayan kişilərin geyindiyi sarğı olub. Tarixdə ilk dəfə strinq alt paltarını geyinən məhz kişilər olub.
Strinq alt geyimləri qadınların qarderobuna isə 1930-cu illərin sonunda daxil olub. İlk dəfə ABŞ Dövlət Departamentindən yüksək vəzifəli bir şəxs qapalı gecə klublarından birində olarkən, rəqqasə qadınların çılpaq bədənlərini nümayiş etdirdiyini görəndə şoka düşüb. Qızlara məhrəm yerlərini nəyləsə örtüb səhnəni tərk etmələri bildirilib. Məmurun növbəti gəlişində rəqqasələr səhnəyə cinsiyyət orqanlarını örtən, lakin ombaları açıq olan alt geyimdə çıxıblar.
Beləliklə, qadınlar bu alt geyimdə kişilərə daha erotik görünməyə başlayıblar. Hətta kişilər üçün nəzərdə tutulan məhsulların üzərində strinq geyimli modellərin fotosu yayılıb. Daha sonra alt geyimin bu modelindən qadınların əksəriyyəti gündəlik həyatlarında istifadə etməyə başlayıb. Strinqdən ən çox dar paltarların altından rahat və səliqəli görünmək üçün geyinilib.
Həkimlər bu cür alt geyimlərin sağlamlığa ziyan olduğu haqda xəbərdarlıq edir. Çünki bağırsaqdakı bakteriyaların sidik yollarında yayılmasına səbəb olur. Üstəlik havanın keçməsinə mane olan sintetik strinq tumanları lap ziyandır. Soyuq havalarda strinq soyuqdəymə kimi xəstəliklərin yaranmasına gətirib çıxardır.
Bu model alt geyimlərini sevənlərə strinqi xüsusi hallarda və çox az müddətə geyinməyi, xüsusən də gecələr bu alt paltarında yatmamaq məsləhət görülür.
Firuzə Alimova / TurpKimi.com