Su nə vaxt içilməli, nə vaxt içilməməlidir? - Su içməyin fayda və zərərləri


Su içməyin də qaydası var.

su-ne-vaxt-icilmeli-ne-vaxt-icilmemelidir-su-icmeyin-fayda-ve-zererleri
30.05.2019 04:59 2 dəq oxuma

Allah təala canlı və cansız olan hər bir şeyi nizam-intizam içərisində yaradıb. Var olan hər bir canlı və ya cansız səbəbsiz yerə də yaradılmamışdır. Bir quş, çiçək və ya böcəyin yanında suyun, günəşin, yağışın yaradılmasında çox böyük hikmət vardır. Su bütün canlılar üçün nemətlərin ən başında gəlir. Lakin su içməyin də bir hikməti, ədəbi, fəziləti vardır. Bəs su hansı hallarda içilsə faydalı, hansı hallarda isə zərərli olur?

Suyu hansı halda içəndə insana ziyandır?

1 – Hamamdan çıxdıqdan sonra su içmək olmaz. İçildikdə orqanlar qocalır.

2 – İstiotlu nəsə yedikdən sonra su içməyin. İçsəniz mədədə yanma, qastrit və bağırsaqlarda narahatlıq yaradır.

3 – Yuxu arasında içmək olmaz, çünki beynə təsir edir.

4 – Meyvə yedikdən sonra içmək olmaz, turşuluq yaranır.

5 – Qaçıb yorulduqdan sonra içməyin, qaraciyər və dalaq böyüyür.

6 – Şirniyyat yedikdən sonra qətiyyən içməyin, şəkərin yüksəlməsinə səbəb olur.

7 – Qaytardıqdan sonra su içsəniz vəbaya səbəb olur.

Su nə vaxt içilməlidir?

1 – Ət yedikdən sonra su içmək olar

2 – Yağlı yedikdən sonra su içmək olar

3 – Qorxanda su içilməlidir

4 – Yeməkdən əvvəl su içmək lazımdır

Su içməyin sünnətləri:

1 – Bismillah ilə içmək;

2 – Oturaraq içmək;

3 – Sağ əllə içmək;

4 – 3 qurtumla içmək;

5 – Stəkana üfürməmək;

6 – Ailə arasında olsanız belə yanınızdakılara təklif etmək;

7 – İçib qutarandan sonra Əlhəmdülillah demək;

Firuzə Alimova / TurpKimi.com