Qadının sinəsi həyatı boyu davamlı dəyişər. Sinələrin yenidən böyüməyə başlamasının əsas səbəbləri var.
Yetkinlik dövründən başlayaraq qızlarda süd vəzilərində böyümə müşahidə edilir. Bu böyümə təxminən 17 və 18 yaş aralığında tamamlanır. Müəyyən səbəblərdən isə sinədə böyümə yenidən başlaya bilər.
TurpKimi.com mütəxəssislərin fikirlərini bir yerə toplayaraq süd vəzilərinin normadan çox böyüməsinə səbəb olan 5 amil haqda maraqlı informasiyanı oxucuları ilə bölüşür:
1. Çəkinin artması ilə sinədə dolğunlaşma
Qadının sinəsi əsasən yağ toxumalarından ibarətdir. Çəkinin artması ilə sinənin də ölçüsü dəyişə bilir.
2. Hamiləliyə görə sinənin böyüməsi
Hamiləlik zamanı da qadının süd vəzilərində kəskin dəyişiklik baş verir. Laktosit adlanan süd yaradan hüceyrələr aktivləşir və uşağı südlə təmin etməyə hazırlaşır. Bəzi hamilə qadınlarda bu elə hamiləliliyin erkən çağlarında, bəzilərində isə hamiləlikdən sonra müşahidə edilir. Hətta elə qadınlar da var ki, heç bir fərq hiss etmirlər.
3. Hormonlarda dəyişikliklərin olması sinələrin böyüməsinə səbəb ola bilər
Hamiləlikdən qorunmaq üçün olan vasitələr qadının süd vəzilərində xüsusi təsirlərə malikdir. Onların tərkibində olan esterogen hormonları döşlərin şişməsinə səbəb olan su tutulmasına gətirib çıxarar.
4. Yaşla birlikdə böyüyən sinələr
Əslində yaşın da sinənin böyüməsində rolu var. Bir çox qadın üçün menopoz sinələrin böyüməsinə səbəb olar. Toxumaların dəyişməsi nəticəsində sinəyə daha çox yağ yığılar, bu da məmənin daha böyük və daha yumşaq olmasına səbəb olar. Bu müddət ərzində esterogen əskikliyi də məmə böyüməsində iştirak edən su tutulmasına səbəb ola bilər.
5. İdmanla məşğul olmaq sinələri daha möhkəm edər
Daha çox idmanla məşğul olmaq və ağırlıq qaldırmaq sinənin böyüməsinə səbəb ola bilər. Sinə əzələlərinin güclənməsinə yönəlik hərəkətlər sinələri qaldırar və daha dolğun görünməsini təmin edər.
Vüsalə Əlövsətqızı, TurpKimi.com