Bütün xəstəliklərin dərmanı əslində təbiətdə gizlidir.
TurpKimi.com bu gün sizə çoxlarının tanımadığı spirulinanın faydalarından yazacaq.
Spirulina göy-yaşıl rəngdə su yosunudur. Tərkibində 70 faiz protein, yəni zülal var. Xüsusilə vegeterianlar üçün çox əhəmiyyətlidir. Tərkibində süddən 26 dəfə çox kalsium var. Bu da hamilə və süd verən qadınlar üçün vacib qida əlavəsidir.
Dəmir, A və E vitaminləri baxımından zəngin olması ilə yanaşı B12 vitamini üçün isə heyvan mənşəli olmayan yeganə mənbədir.
Spirulinanı həm qatıqla, həm də diğər kokteyllərdə istifadə edə bilərsiniz. Spirulina kapsula formasında da mövcuddur.
Tərkibində çoxlu sayda olduqca faydalı mikro və makro elementlər (dəmir, yod, kalsium, sink, maqnezium, selen, mis, fosfor, qalay, manqan, vanadium, xrom, bor, silisium və s.), çoxlu sayda vitaminlər: (A, E,D, C, B1, B2, B3, B6, B12, fol turşusu,nikotin turşusu, biotin və s.nuklein turşuları (DNT,RNT),18 növ amin turşusu (eləcədə əvəz olunmayan amin turşuları), beta karotin, doymamış yağ turşuları, fitosianin, xlorofil, xolinestereza və s. vardır.
1q spirulinada 1kq müxtəlif meyvə və tərəvəzlərdə olan qədər qidalı maddələr var.Spirulina kimyəvi sintez olunan vitamin zülallardan fərqli olaraq sidiklə xaric olmur,tam orqanizm tərəfindən mənimsənilir.
Bütün növ qanazlıqlarının (eləcə də bədxassəli anemiyanın )müalicəsi üçün istifadə edilir.
Piylənmədən əziyyət çəkən insanlarda orqanizmi çoxlu faydalı maddələrlə təmin edərək aclıq hissini azaldır,yorğunluğu götürür,şlakları təmizləyir. Axşam yeməyini 4-5 kapsul spirulina ilə əvəz etmək mümkündür. Arıq insanlarda bədəni minerallar,vitaminlərlə təmin edərək iştahı artırır.
Qocalmanı ləngidir,orqanizmi faydalı maddələrlə zənginləşdirir.
İdmançılarda fiziki gücü və diqqəti artırır,yorğunluğu götürür.
Demək olar ki,bütün xəstəliklərdə sağalmanı sürətləndirir.
Şəkərli diabet,oynaq xəstəlikləri zamanı müsbət nəticə verir.
Onkoloji xəstələr kimya və şüa terapiyasının fəsadlarından özlərini qorumaq üçün istifadə edə bilər.
Dəri xəstəliklərinin kompleks müalicəsində,dərinin elastikliyini artırmaq üçün,dəri qırışlarını hamarlaşdırmaq üçün (daxilə qəbul olunur və üzə maska olunur).
Tərkibi zəngin olduğundan hamiləlik zamanı istifadəsi qanazlığı və başqa fəsadlardan da qoruyur.
Vüsalə Əlövsətqızı, TurpKimi.com