Süfrələrin ulduzu Brauni peçenyə resepti


Ləzzətli, yumşaq və brauni dadında peçenyə reseptini sizlərlə bölüşürük.

sufrelerin-ulduzu-brauni-pecenye-resepti
15.02.2023 18:51 1 dəq oxuma

TurpKimi.com heç bir qonağınızın "xeyr" deyə bilməyəcəyi kakaolu yaş peçenyə üçün lazım olan ərzaqların siyahısını təqdim edir:

Ərzaqlar:

1 ədəd yumurta
1 çay stəkanı duru yağ
1 çay stəkanı şəkər ozu
125 qr marqarin, ya da kərə yağı
4 yemək qaşığı kakao
1 paket vanil
1 paket qabartma tozu
3 su stəkanı un

Şərbəti üçün;

2 çay stəkanı şəkər tozu
2 çay stəkanı su

Hazırlanması:

Bütün ləvazimatlar otaq temperaturunda olmalıdır. 

Bir qabda yumurtanı çalırıq,  üzərinə şəkər tozu və marqarini əlavə edərək çırpmağa davam edirik.

Duru yağ, ələnmiş kakao, qabartma tozu, vanil və unu əlavə edərək yoğururuq. Ələ yapışmayan xəmir alınır. 

Xəmirimizdən qoz böyüklüyündə kündələr hazırlayırıq. İçinə damla şokolad da ata bilərsiniz. Yağlı kağız sərilmiş soba nimçəsinə düzürük.  Əvvəlcədən isidilmiş 170 dərəcə sobada təxminən 20-30 dəqiqə bişiririk.

Şərbət üçün su və şəkər tozunu bir qaba tökürük, qarışdırırıq, qaynara düşəndən  6 dəqiqə sonra götürürük.

Bişən peçenyələrin  ilk istisi gedən kimi ilıq şərbətə batırıb çıxardırıq. Üzərinə hind qozu tozu, ya da fıstıq səpib süfrəyə veririk. 

Nuş olsun!

Vüsalə Əlövsətqızı, TurpKimi.com