Sümük və əzələlər üçün kalsiumdan da vacib olan MAQNEZİUMUN növləri


Qan analizində mg əksikliyi çıxmır, amma orqanizmdəki proseslər çatışmazlıqdan xəbər verir...

sumuk-ve-ezeleler-ucun-kalsiumdan-da-vacib-olan-maqneziumun-novleri
15.09.2024 20:34 2 dəq oxuma

Türkiyəli həkim Prof.Dr. Osman Müftüoğlu Çağla Şikəlin aparıcılıq etdiyi verilişdə maqneziumun (Mg) növlərindən və hər birinin orqanizmə təsirindən danışıb.

Bir çoxları bundan xəbərsiz olduğu üçün TurpKimi.com olaraq, həkimin faydalı məsləhətlərini sizinlə paylaşırıq. 

Həkim bildirib ki, bu gün efirlərdə ən çox kalsiumun sümüklərə faydasından danışılır, amma araşdırmalar əzələ və sümük sağlamlığında kalsumdan çox maqnezimun daha faydalı olduğunu vurğulayır.

Verilişdə xüsusilə vurğulanıb ki, apteklərdə iki növ maqnezium satılır. Biri orqanik, digəri isə inorqanik maqnezium həbləridir. Yəni həblərin içərisində maqneziumu əvəz edəcək qarışımlar olur ki, bunlar da orqanizm tərəfindən əmilmir və heç bir faydası da olmur.

Əzələ ağrıları üçün lazım olan maqnezium qarışımı MAQNEZİUM SİTRATDIR. Sitrat möcüzəvi bir maddədir. Kaliumla birləşdikdə enerji verir, kalsiumla birləşdikdə isə sümüklərə daha asanlıqla sovrulur və daha aktiv olur. Sitrat maqneziumla birləşib qəbul edildikdə isə əzələ toxumasına çox asanlıqla daxil olub, əzələ daxilindəki enerji verən hüceyrələrə inanılmaz dərəcədə dəstək olur.

MAQNEZİUM QLİSİNAT – yuxu problemləri, xroniki streslə mübarizə, aybaşı sancıları və sakitləşməyə ehtiyacı olan insanların qəbul etməsi məsləhətli olan qarışımdır. Yuxusuzluqdan əziyyət çəkənlər maqnezium qlisinatı axşam yeməyindən 2 saat sonra, yəni boş mədəyə qəbul edilməlidir. Dolu mədədə turşuluq azaldığı üçün maqneziumun əmilməsini azaldır. Çünki maqneziumun turşu mühitində əmilməsi lazımdır. Hətta mədənizdə narahatlıq yoxdursa, acqarına belə yatmazdan əvvəl qəbul etmək məsləhətlidir.

MAQNEZİUM OROTAT - ürək əzələlərini qoruyur, ürək və qan-damar sistemini dəstəkləyib yorğunluq ilə mübarizədə digərlərindən daha təsirlidir. Bu ən çox ürəyində problemi olanlar, idmanla məşğul olanlar üçün daha məsləhətlidir.

MAQNEZİUM MALAT – xroniki yorğunluq, fibromiyalji ağrılar, xroniki əzələ ağrıları, depressiv vəziyyətlərdə və buna bənzər hallarda qəbul edilməsi məsləhətlidir. Ən çox enerjini artırdığı üçün maqnezium malatı səhər saatlarında qəbul etmək lazımdır. Səhər yeməyindən 2 saat sonra, boş mədəyə qəbul etmək daha düzgün seçim olar.

Daha ərtaflı videoda:

https://fb.watch/t2Pns0b-U9/

Firuzə Alimova / TURPKİMİ.COM