Süni mayalanmada təhlükə var - DİQQƏT


Süni mayalanma ilə doğulan uşaqların damarları yaşlı adamların damarları kimidir

suni-mayalanmada-tehluke-var
05.03.2019 07:39 2 dəq oxuma

Köməkçi reproduktiv üsullarla həyata keçirilən hamiləliklər sonsuzluq problemi yaşayan cütlüklər üçün böyük ümüd yeri olsa da, aparılan yeni araşdırmaların nəticəsinə görə, süni mayalanma ilə dünyaya gələn uşaqların normal yolla doğulan uşaqlarla müqayisədə yeniyetməlik dövründə yüksək təzyiq xəstəliyindən əziyyət çəkmə ehtimalları daha çoxdur.

TurpKimi.com bildirir ki, bu barədə “Journal of the American College of Cardiology”də dərc edilib. Araşdırma zamanı süni mayalanma yolu ilə doğulan 52 yeniyetmənin 8-də yüksək təzyiq xəstəliyinin olduğu aşkar edilib. Lakin normal yolla doğulan 43 yeniyetmənin isə sadəcə birində yüksək təzyiq xəstəliyinə rast gəlinib.

Damarları yaşlı insanların damarlarına oxşayır

Bu araşdırma 2012-ci ildə yeniyetməlik dövrünə çatmamış elə həmin uşaqlar üzərində aparılıb. Belə ki, süni mayalanma yolu ilə dünyaya gələn uşaqların damarlarının yetkin yaşda olan insanlarda rast gəlinən damarlara bənzədiyi görülüb. Bu uşaqların damarlarında normadan daha çox sərtlik və damar divarlarının qalıb olduğu meydana çıxıb. Bu isə gələcəkdə ürək-damar xəstəliklərinə yaxalanma riskini artırır.

Damarlarda rast gəlinən bu anomaliyalar və hipertoniya riski epigenetik izlərdəki bəzi dəyişikliklərin nəticəsi hesab olunur. Kimyəvi maddələr, qidalanma və stress kimi ətraf mühit epigenetik quruluşu dəyişdirərək geni fərəqliləşdirir. Süni mayalanma üsullarında yetkin yumurtalar, nüvəsi çıxarılan yumurta hüceyrələri və ya embrionlar müxtəlif laboratoriya mühitində saxlanılır. Araşdırmaçılara görə, epigenetik quruluşdakı dəyişikliklər yumurtaların bədəndən alınmasıyla embrionun ana bətninə yerləşdirilməsi arasındakı müddət ərzində meydana gələ bilir.

2014-cü ildə aparılan araşdırmanın hesabatına görə, dünya miqyasında 8 milyondan çox uşaq süni mayalanma yolu ilə dünyaya gəlib.

Firuzə Alimova / TurpKimi.com