Sürücülərə xəbərdarlıq edildi - Bu yollarda duman olacaq


Sürücülərin diqqətinə! Sabah bu yollarda ehtiyyatlı olun.

suruculere-xeberdarliq-edildi
10.09.2022 19:41 1 dəq oxuma

Sentyabrın 11-də əsasən gecə və səhər saatlarında duman ilə əlaqədar olaraq Füzuli-Cəbrayıl-Mahmudlu, Naxçıvan-Şahbuz, Quba-Qusar, Quba-Xaçmaz, Xankəndi-Xocavənd, Gəncə-Kəlbəcər-Laçın, Şuşa-Füzuli, Yevlax-Xocalı-Laçın, Gəncə-Daşkəsən, Ağdam-Füzuli-Horadiz, Həkəri-Zəngilan, Ağdam-Ağdərə magistral avtomobil yollarının bəzi hissələrində görmə məsafəsi 300-800 metrədək məhdudlaşacaq.

Bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.