Şüşə kimi dərisi olan yapon qadınların sirri - Sença çayı


Qüsursuz dəriləri ilə diqqət çəkən yapon qadınlarının bəzi gözəllik sirləri vardır.

suse-kimi-derisi-olan-yapon-qadinlarin-sirri
29.11.2021 22:45 3 dəq oxuma

Bunlardan biri də Sença (sencha) çayından istifadə etmələridir. Siz də 1 fincan Sença çayı içərək dərinizi daha sağlam formalaşdıra bilərsiniz. 

TurpKimi.com oxucuları üçün bu ləzzətli və sağlam çayın faydalarını araşdırıb.

1-Yaşlanmağı yavaşladır

Dərinizə ən birinci təsir edən şey genetik faktorlardır. Təbii ki, dərinizin daha uzun müddət gənc görünməsini təmin etmək üçün sizin də edəcəyiniz şeylər var. Sərbəst radikallar incə xəttlərə və dəri ləkələrinə səbəb ola bilər.

Gündəlik bəslənmənizə 1 fincan Sença çayı daxil edərək dərinizi antioksidantlarla zənginləşdirə bilərsiniz. Bildiyimiz kimi, antioksidantlar dərini sərbəst radikalların verdiyi zərərlərdən  qoruyur.

Yaşıl çaydakı yüksək antioksidant ölməkdə olan dəri hüceyrələrini də canlandıraraq dərinizə sağlam bir parlaqlıq qazandırar.

2-Cild yağını tarazayar

Yaşıl çay mat bir dəriyə sahib olmaq üçün xüsusi fermentlərlə zəngindir. Həmin fermentlər dərini həddindən artıq yağlanmaqdan və qurumaqdan qoruyur. 

Yağlanma dəridəki yağ məsamələrini tıxaya bilər. Bunun nəticəsində də dərinizdə qara nöqtələr və həssaslıq yarana bilər.

3-Tıxanmış məsamələri təmizləyər 


Həkimlər ümumiyyətlə, sızanaqları və zədələnmiş dərini sağaltmaq üçün bahalı antibiotiklər və ya xüsusi kremlər yazarlar. Bəzən bu müalicələr istənməyən yan təsirlərə səbəb ola bilər.

1 fincan ləzzətli Sença çayı isə bir çox dəri probleminin öhdəsindən gəlir və dərmanların əksinə mədənizə pis təsir etmir. Sença çayı həm qara nöqtələri sağaldır, həm də iltihab əleyhinə təsir göstərərək məsamələri tutan bakteriyalarla mübarizə aparır. 

4-Qabartı və qızartıları azaldır

Yaşıl çayın ehtiva etdiyi kafein göz altı torbaları və tünd halqaların yaranmasının qarşısını alır.  Eyni zamanda dərinizi işıqlandıraraq parlaq və gənc görünməsini təmin edir.

Yaşıl çay yüksək antioksidant tərkibi ilə toksinlərin bədəninizdən atılmasına kömək edir və bu da dərinizin daha sağlam görünməsini təmin edir.

5-Təbii günəş kremidir

Hər gün 1 fincan yaşıl çay içmək  Günəşin zərərli şüalarının cildə təsirini xeyli azaldır. Sença çayında yüksək miqdarda benzoik turşu var. Məhz buna görə, təbii günəş kremi kimi istifadə edilə bilər, hətta günəş yanıqlarının səbəb olduğu müəyyən dəri problemlərini müalicə edə bilər.

6-Kəpəyi azaldar 

Kəpək, ümumiyyətlə  saç problemi kimi başa düşülür. Əslində isə baş dərisində dərinin çox yağlı və ya çox quru olmasından qaynaqlanan dəri problemidir.

Yaşıl çay saç dərinizi hamarlaşdırır, qidalandırır, bakteriya və kəpəkdən qoruyur. Saç tökülməsinə qarşı mübarizə aparır, qaşıntını aparır. 

Sença çayı ilə üz yumaq qaydası

Dəriyə qulluq vasitələrinin tərkibində  çox hallarda yaşıl çay  olur. Ancaq siz də sença çay yarpaqlarından istifadə edərək özünüz üçün tamamilə təbii üz yuma suyu əldə edə bilərsiniz:

-Bir fincana 1-2 yemək qaşığı yaşıl çay əlavə edin.

-Üzərinə qaynamış su əlavə edin və 10 dəqiqə dəmlənsin.

-Üzünüzü yuya biləcəyiniz temperaturadək soyudun və  sonra üzünüzü bu su ilə  yuyun.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

Dərc olunub: 27-03-2021