Susuzluğu ən yaxşı yatıran içkilər


Qızmar istidə orqanizmin elektrolit balansını qorumaq vacibdir.

susuzlugu-en-yaxsi-yatiran-ickiler
01.08.2020 12:45 1 dəq oxuma

Bunu Alkoqolsuz İçkilər və Mineral Suların İstehsalçıları Birliyinin mütəxəssisləri deyiblər. 

Balansı qorumaq üçün ən əlverişli təbii şirələrdir, xüsusilə alma, tərəvəz, sitrus və giləmeyvə şirələri. Bundan başqa, istidə müalicəvi-süfrə və mineral süfrə suları, həmçinin izotoniklər içmək yararlıdır.

Bununla belə, susuzluğu yatıran ən adi vasitə sudur. Mütəxəssislər insanlara tez-tez su qəbulu üçün kiçik şüşədə özləri ilə su daşımağı tövsiyə edirlər. (Report)