Əksəriyyətimizin bixəbər olmadığı vərdiş...
İsti yay aylarında soyuq su içməklə sərinlənənlər az deyil. Hətta suyuna buz atanlar da olur. Bəzən qış fəslində də vazkeçilməz vərdişə çevrilir.
TurpKimi.com bildirir ki, soyuq suyun zərərlərinə dair aparılan dəqiq araşdırmalardan biri və ilki 1978-ci ildə aparılmışdır. Həmin araşdırmaya görə soyuq suyun burnun selikli qişasını qalınlaşdırdığı ortaya çıxıb.
2001-ci ildə miqren xəstələri ilə aparılan elmi araşdırmaya görə soyuq su içmək miqren ağrılarını şiddətləndirir.
Həzm sisteminin üzərinə bir vedrə su tökmək sağlamlıq üçün heç də faydalı deyil. Belə ki, soyuq su içdikdə bədənin istiliyi ilə içdiyinizin suyun temperaturu arasındakı aşırı fərqdən dolayı mədə büzüşür.
Soyuq su ürək döyüntülərini azaldır. Bu isə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Həddindən artıq soyuq su içmək qarın və mədə ağrısına, qəbizliyə səbəb olur.
Firuzə Alimova / TurpKimi.com