Ac qarına içildikdə görün hansı problemlərə faydalıdır...
Qatıq kəsildikdən və ya qaba qoyulduqdan bir müddətdən sonra sulanmağa başlayır. Bu zaman əksər insanlar qatığın suyunu boşaldaraq yeməyə başlayır.
TurpKimi.com bildirir ki, mütəxəssislər kalsium və proteinlə zəngin olan qatığı suyu ilə birlikdə gündə 1 kasa yeməyi tövsiyyə edir. Hətta qatığın içinə müxtəlif ədviyyatlar əlavə edərək də qəbul etmək olar. Bəs suyu?
Qatığın suyu az kalorili olduğu üçün diyet saxlayanların rahatlıqla istifadə edə biləcəyi qidadır. 100 ml qatıq suyunda sadəcə 20 kkal var.
Ac qarına içilən qatıq suyu həzmi asanlaşdırır və orqanizmdə yığılan yağların parçalanmasına kömək edir. Daha sürətlə və sağlam şəkildə arıqlamaq istəyənlər səhər yeməyindən əvvəl qatıq suyu içə bilər.
Qatıq suyu əzələ itkisinin qarşısını alaraq sadəcə yağları əridir.
Sağlam bağırsaqların sirri prebiotik qaynağı olan qatıq suyudur ki, həzm sistemində problemi olanlara kömək edir.
Ac qarına içilən qatıq suyu qida borusundan bağırsaqlara qədər bütün orqanizmi təmizləyir. İshal və qəbizliyin qarşısını alır.
Firuzə Alimova / TurpKimi.com