Talibandan qadınlara qarşı növbəti qadağa


Hazırda Əfqanıstanda hakimiyyətdə olan "Taliban" terror təşkilatı yazılmamış qanunlarla ölkəni idarə etməkdə davam edir.

talibandan-qadinlara-qarsi-novbeti-qadaga
11.11.2022 17:47 1 dəq oxuma

"Taliban" terror təşkilatı Əfqanıstanda qadınların park və bağçalara girməsini qadağan edib.

TurpKimi.com xarici mediaya istinadla xəbər verir ki, 2021-ci ildə Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban" qadınların hüquqlarına qoyulan məhdudiyyətlərə yenilərini əlavə etməkdə israrlıdır. İndi də  qadınların Kabildə park və bağçalara girişinə qadağa qoyulub. Bundan əvvəl isə Taliban hökuməti qadınların təhsil almağına qarşı qanun qəbul edib.

"Taliban"ın Etika Nazirliyi qərarı açıqlasa da, qərara səbəb kimi qadınların geyim qaydalarına əməl etməməsi göstərilib.

Qeyd edək ki, indiyədək ölkədə kişi və qadınların müxtəlif vaxt intervallarında park və bağlara girməsinə icazə verilirdi.

Vüsalə Əlövsətqızı, TurpKimi.com