Tanış olduğunuz adamın adını unutmaq Alzheimerdən xəbər verərmi?


Tanış olduğunuz adamların adlarını xatırlamaqda çətinlik çəkməyiniz Alzheymerin əlamətlərindən ola bilərmi?

tanis-oldugunuz-adamin-adini-unutmaq-alzheimerden-xeber-verermi
23.02.2024 23:40 1 dəq oxuma

Danışarkən qarşınızdakı adamın, hətta ən yaxınınızın adını bir anlıq unuda və ya səhv xatırlaya bilərik. İnsanların əksəriyyətinin rastlaşdığı bu problem nədən xəbər verir?

Bəzən zehni işlə ciddi məşğul olarkən sadə detalları xatırlamamaq adi hal almağa başlayır. 

Ya da qarşınızdakı adama, məsələn yoldaşınıza, digər yoldaşınızın və ya tamamilə başqa birinin adıyla səslənərsiniz. Bunun birdən çox səbəbi ola bilər.

TurpKimi.com xəbər verir ki,  mütəxəssislərin açıqlamalarına görə qarşılıqlı təsir əsnasında diqqətinizi qarşı tərəfə verdiyinizi düşünsəniz belə zehninizin böyük hissəsi digər adamın hər hansı bir  hərəkətinə ilişmiş ola bilər. Beləcə, qarşınızdakı adama xitab edərkən şüur altınızdakı insanın adını deyə bilərsiniz.

Adları qarışdırmağa səbəb oxşarlıq da ola bilər. Səs, xarakter və ya adlarda hərf-səs bənzərliyi belə sizi səhv etməyə vərdiş etdirər. 

Yeni tanışdığınız adamın adını xatırlaya bilməmək isə tez-tez təkrarlanmadığı müddətcə  olduqca normaldır. Yenə də şahmat və sudoku kimi beyin oyunları ilə məşq etməyə laqeyd yanaşmayın!

Vüsalə Əlövsətqızı, TurpKimi.com