Lap qədimlərdən insanların gələcəyi ilə bağlı bilgi əldə etmək həmişə dəbdə olub.
Gələcəyi görmək deyincə ağla ilk növbədə kahinlər gəlir.
(Kahin-Qədim misirlilərdə, israillilərdə qeybdən xəbər verən ruhaniyə deyilir. Kəhanət–cinləri təsxir etməkdir. Bu yolla bəzi qeybi işlərdən agahlıq tapmaq olur -Red)
TurpKimi.com dünyanın ən böyük kahinləri və öncəgörmələri, gələcək haqda proqnozları ilə bağlı maraqlı məlumatları təqdim edir:
Shipton Ana dünyanın az tanınan kahini ola bilər. Nostradamus və Baba Vanqa kimi kahinlərin adlarını dəfələrlə eşitmişik, amma ingilis Shipton Ananın proqnozları hər kəsi çaşdırmaqdadır. Digərlərinə görə bir az daha geri planda qalsa da Shipton Ananın proqnozları digərlərinə görə daha tutarlıdır.
17-ci əsrin ən böyük fəlakətlərindən biri olan 1666-cı ilin oktyabrında Londonda yayılan vəba epidemiyası və yanğın haqda əvvəlcədən məlumat vermişdi . Tarixçi Pepysin 1666-cı il gündəliyində Shipton Ananın uzaqgörənliyi açıqca yazılmaqdadır. Bu proqnozları necə verdiyi haqda isə məlumat verilmir.
Öncəgörmələri
"Atsız arabalar gedəcək" (Avtomobil). "Mərkəzdə bir din adamının baxışı. Dünyanın ətrafında insanların düşüncələri uçacaq." (Telsiz telefon) "İnsanlar suyun altı ilə gedəcək. Ağda və qarada, hətta yaşılda (Apollo kosmik aparatlar) Bir böyük adam gələcək və gedəcək." "Kəhanətlərin açıqlanması üçün, suda dəmir üzəcək, taxta qədər asan." (Gəmilər) "Hələ bilinməyən torpaqlarda (ABŞ) Və İngiltərə bir yəhudini qəbul edəcək." (Baş nazir Disraeli) kimi bir çox kəhanəti vardır. Hamısı təsdiqini tapmışdır.
İlk olaraq ən məşhur kahinlər deyəndə ağılımıza Nostradamus gəlir. 1503-cü ildə Parisdə dünyaya gəlib. Eyni zamanda astrologiya ilə də maraqlanan Nostradamusun bəzi kəhanətləri bunlardır:
Böyük London yanğını
Böyük London yanğını haqda "Londondan, ədalətli olanların qanı istənəcək, 66 ilində yandıqda" cümləsini qurmuş olan Nastradamusun sözündən sonra 2 Sentyabr 1666-cı ildə Londonda beş gün davam edən bir yanğın meydana gəldi.
İkinci Dünya Müharibəsi və Hitler
"Ac canavarlar çayları keçəcək. Döyüş meydanında olanların böyük hissəsi Histerə qarşı çıxacaq. Böyük olan dəmir bir qəfəsə sürüklənən Almaniyanın uşağı heç bir şey görməyəcək." Nostradamus kəhanətində Hitlerin adını Hister kimi ifadə etmişdir. Hister, eyni zamanda Hitlerin doğulduğu və uşaqlığını keçirdiyi Danube çayının latınca adıdır.
Kennedi sui-qəsdi
"Əvvəldən planlaşdırılan bir iş sonunda ediləcək. Damdan gələn şey ilə böyük adam məhv olacaq. Bu işdə onsuz da ölü olan bir günahsızı ittiham edəcəklər. Əsl günahkar dumanlı kolluqlarda gizlədiləcək."
35-ci ABŞ prezidenti olan Con Kennedi sui-qəsdində ilk günahkar kimi Lee Harvey Osvaldı ittiham etdilər. Ancaq sonradan Kennedini öldürən güllənin Lee Harvey Osvaldın silahından çıxmadığı aydın oldu. Şahidlərdən alınan ifadəyə görə, Kennediyə ot bitmiş kiçik bir təpədən atəş açılmışdı.
Baba Vanqa 1911-ci ildə Makedoniyada doğulub. Bir qasırğa nəticəsində gözlərinə qum dənələri dolub və görmə qabiliyyətini həmişəlik itirib.
Öncəgörmələri
Pakistan, Çin, Yaponiya və Alyaskanın sular altında qalacağı; Asiyada 7,5 böyüklüyündə bir zəlzələnin olacağı; Rusiyanın bir meteor düşməsindən zərər çəkəcəyi; İngiltərə Avropa Birliyindən ayrıldıqdan sonra qitənin böyük bir iqtisadi böhrandan təsirlənəcəyi; Vladimir Putinə sui-qəsd ediləcəyi; Donald Trampın xəstə olacağı kimi kəhanətləri mövcuddur.
2100-cü ilə qədər...
Baba Vanqanın söylədiyinə görə 2100-cü ilə qədər texnologiya süni bir günəş hazırlayacaq qədər inkişaf edəcək. Hələ reallaşmamış kəhanətləridən əlavə reallaşan və təsdiqini tapan öncəgörmələri də vardır.
Reallaşan proqnozları
Əkiz Qüllələrə hücum; ABŞ-ın 44-cü prezidentinin afro-amerikalı olacağı (Barak Obama) kimi. Ancaq Baba Vanqa Obamanın son prezident olacağını söyləsə də Obama son prezident olmadı.
XIX-XX əsrin ən parlaq uzaqgörəni şübhəsiz ki, amerikalı Edqar Keysi olub. Dərin yuxuya gedən zaman gələcəkdə baş verəcək hadisələri dəqiq dediyi üçün hər kəs onu “yatan peyğəmbər” adlandırırdı. Bütün fəaliyyəti zamanı o, 20 min insanı sağaldıb. Bunun sübutunu isə rəsmi sənədlərdə tapmaq mümkündür.
Edqar Keysi (Edgar Cayce) 1877-ci ildə ABŞ-da, Kentukidə doğulub. Nostradamus və Baba Vanqadan fərqli olaraq o hipnoz ilə yatırdılaraq verdiyi proqnozlarla tanınıb. Ancaq gələcək haqqında verdiyi şərhlər oxumağı bildiyi qədər də təəccüblü olub.
O, ilk dəfə 9 yaşında qeyri-adi bacarığının olduğunu hiss edib. Məktəbdə “daxma” sözünü heç cür yaza bilmədiyi üçün müəlliməsi atasına şikayət edir və buna görə Edqar atası tərəfindən yaxşıca danlanır. Bu hadisədən sonra sanki kimsə oğlana yatmalı olduğunu və yatarsa, bütün problemlərinin həll ediləcəyini söyləyir. Edqar belə də edir. O, bundan sonra kitabı başının altına qoyub yatır, səhər yuxudan ayılanda isə kitabın içərisində olan hər şeyi əzbər bilir.
Proqnozları
Kennedinin prezident olarkən öləcəyi; Sovet Birliyinin çökəcəyi; Hindistanın İngiltərədən müstəqilliyini qazanacağı; İkinci Dünya Müharibəsinin nə vaxt başlayıb, nə vaxt bitəcəyi; öz yaşadığı dövrdə varlığı bilinməyən Plutonun sistemdə 9-cu planet olduğunu söyləməsi; özünün 1 Yanvar, 1945-ci ildə 4 gün içində basdırılacağını görmüş, iki gün sonra da ölmüşdür.
O, lazer və qızılötəsindən bəhs edən ilk insandır.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
23-03-2021