Tatu mürəkkəbində hüceyrələrə keçən ölümcül xəstəlik aşkarlandı


Tatu günəş şüalarına məruz qalanda nə baş verir?

tatu-murekkebinde-huceyrelere-kecen-olumcul-xestelik-askarlandi
15.11.2022 01:24 1 dəq oxuma

Tatu vurmaq üçün istifadə edilən mürəkkəbin tərkibində xərçəng yaradan kimyəvi maddələr ola bilər. Rənglər günəş şüalarına məruz qaldıqda isə mutasiyaya uğrayırlar. Həmin maddələr o qədər kiçikdirlər ki, asanlıqla hüceyrələrə nüfuz edə bilirlər.

TurpKimi.com xəbər verir ki, bu barədə Nyu York Universitetinin tədqiqatçıları apardıqları yeni araşdırmaların nəticələrinə əsasən məlumat dərc ediblər.

Alimlər müşahidələr zamanı müəyyən ediblər ki, laboratoriyada araşdırdıqları 56 tatu mürəkkəbinin təxminən yarısında günəşin ultrabənövşəyi şüalarına məruz qalarkən xərçəngə gətirib çıxaran kimvəyi maddələr var.

Bəzi mürəkkəblərdə 100 nanometrdən kiçik hissəciklər var ki, onlar hüceyrələrə nüfuz edərək xərçəng mutasiyalarına səbəb olur.

Tədqiqatçılar təəssüflə qeyd edirlər ki, ABŞ-da tatu sənəti tənzimlənmir. Hansı ki, bu ölkə sakinlərinin demək olar ki, 3-də birində döymə var. Lakin Avropada müxtəlif şişlərin yaranmasına səbəb olan yaşıl və göy rəngli döymə mürəkkəblərinin istifadəsi artıq qadağandır.

Avadanlıq lazımi qaydada dezinfeksiya edilmədikdə, tatu həvəskarları dəri zədələnməsindən yaranan bakterial infeksiya, dərialtı şiş, HİV və hepatit kimi qanla keçən xəstəliklərə yolxuma riski altındadırlar. Məlumatda o da qeyd edilib ki, müəyyən vaxt keçdikdən sonra döyməsi olanlar döymə və ya toxumaların ətrafında düyünlərə rast gələ bilərlər.

Firuzə Alimova / TurpKimi.com