Ən səmərəli üsul...
Döymə və ya tatunun silinməsi həmişə insanların narahat olduğu bir problemdir. Belə ki, həm dinimiz, həm də cəmiyyətimiz döymələri bəyənməmiş və bundan nəticə çıxaranlar döymələri silmək üçün müxtəlif yollar axtarmağa çalışmışlar.
TurpKimi.com bildirir ki, bunun üçün bir neçə üsul var. Məsələn; lazerlə döymələrin silinməsi kimi. Bu üsul həm bahalıdır, həm də izinin qalması ilə nəticələndiyi üçün problemlidir. Müxtəlif kremlərlə silmələr – bundan da istifadə edənlər dırnaqarası işbazların qurbanlarına çevrilirlər, belə ki, heç bir nəticə görmürlər. Hal-hazırda dünyada ən geniş yayılmış üsul sirkə turşusu (sintetik uksus) ilə döymələrin silinməsidir. Səbirli olsanız, bu, ən səmərəli üsuldur.
Tatunu sirkə turşusu ilə silmək qaydası:
Əvvəlcə sirkə turşusunun faizini 50 faizə salmaq lazımdır, (salmaya da bilərsiniz), məsələn, aldığınız sirkə 100 qramdırsa, 100 qram təmiz su əlavə edib durulaşdırın, sonra döymənin üstünə pambıqla sürətlə çəkib bir dəqiqə gözləyin, sonra bol su ilə yuyun, dərinizdən bir qat qurumuş dəri qopacaqdır, yara izi sağalandan sonra (bu, 20-25 gün çəkə bilər) proseduru təkrar edin. 7-8 prosedurdan sonra döymə olan hissələrə çatacaqsınız, dərini təmizlədikcə döymələriniz silinəcəkdir.
Dr.Fizuli Hüseynov / TurpKimi.com