TƏBİB-dən evdə müalicə ilə bağlı açıqlama


Səhiyyə Nazirliyi: Evdə müalicə olunan koronavirus xəstələrinə dərmanlar pulsuz çatdırılır

tebib-den-evde-mualice-ile-bagli-aciqlama
10.07.2020 21:05 1 dəq oxuma

“Dərmanların apteklərdə olmaması ilə bağlı, demək istəyirəm ki, virus əleyhinə olan dərmanlar, ümumiyyətlə, ev şəraitində müalicə üçün tövsiyə olunmur. Çünki onlar kifayət qədər yan və toksik təsirlərə malikdir. Onlarla müalicə ancaq xəstəxana şəraitində aparılmalıdır”.

Bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Vitaminlərlə bağlı apteklərdə qıtlığın olduğunu isə düşünmürəm. Əlavə olaraq demək istəyirəm ki, yüngül əlamətləri olan və poliklinikalarda qeydə alınmış şəxslərə dərmanların pulsuz çatdırılması təşkil olunub”, - o bildirib.

“Dünya təcrübəsinə baxsaq, bəzi şəxslər tam sağaldıqdan sonra onlarda virusun genetik materialı qaldığından pozitivlik aşkar oluna bilər, amma bu yoluxdurucu sayılmır”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O qeyd edib ki, evdə koronavirus xəstəsi olan şəxs varsa və digərləri də özlərini müəyyən müddətdə izolyasiya edibsə, o artıq yoluxucu sayılmır: “Xəstəliyi keçirən şəxsdə immunitet yaranır. O, izolyasiya dövrünü bitirəndən sonra işə çıxa bilər. İzolyasiya dövrü bitəndən sonra idarə tərəfindən yenidən analiz nəticəsini tələb etməsi düzgün deyil”. Report