TƏBİB-dən tibb işçilərinə vaksinin məcburi vurulması iddialarına - CAVAB


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bəzi tibb müəssisələrində çalışan səhiyyə işçilərinin məcburi vaksinasiya olunması ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.

tebib-den-tibb-iscilerine-vaksinin-mecburi-vurulmasi-iddialarina
23.01.2021 22:36 1 dəq oxuma

TƏBİB-dən "Report”un sorğusuna cavab olaraq vurğulanıb ki, peyvəndləmə heç bir halda məcburi ola bilməz.

"Ümumilikdə ölkədə aparılan vaksinasiya könüllü və dövlət hesabınadır”, - qurumdan qeyd olunub.

Xatırladaq ki, Azərbaycanda yanvarın 18-dən etibarən Çinin "SinoVac” şirkətinin istehsal etdiyi "CoronoVAC” vaksininin istifadəsinə başlanılıb. Vaksinlə bağlı qəbul edilən strategiyaya əsasən, peyvənd ilk növbədə yüksək risk qrupuna aid olan tibb işçilərinə vurulur.