Ağaclar arasında yaşamaq depressiyaya düşmə faizini aşağı salır və zehni sağlamlığı artırır.
"Environmental Health Perspectives"in apardığı araşdırmalara görə, bitkilərin əhatəsində yaşayan qadınların ömrü daha uzun olur.
Araşdırmaçılara görə, yaşıl sahələr insanları fiziki və ictimai fəaliyyətə cəlb edir və buna görə də stress nisbəti aşağı düşür.
Xəstəliklərə tutulma riski daha az olur
TurpKimi.com xəbər verir ki, Harvard T. H. Xalq Sağlamlığı Chan Məktəbi, Brigham və Qadın Xəstəxanasının 2000-ci ildən 2008-ə qədər apardığı araşdırmada 108,630 qadının məlumatlarından istifadə edilib. Evlərinə yaxın bitki sıxlığı ölçülərək qadınların yaşadığı ömür nəzərə alınıb.
Yaşıllııq sahəsi daha çox olan yerlərdə yaşayan qadınların ölüm riskinin yaşıl sahəsi ən az olan yerlərdə yaşayan qadınlara nisbətən 12 faiz az olduğu məlum olub. Təbiətə yaxın yaşayan qadınlarda tənəffüslə əlaqəli ölümcül xəstəliklərin 34 faiz və xərçəngin 13 faiz daha az olduğu təsdiq edilib. Təbiətin içində yaşayan qadınlar hava çirkliliyi, həddindən artıq isti və ətraf çirkliliyi kimi problemlərdən uzaqdılar.
Zehni sağlamlığı artırır
Araşdırmaçılara görə yaşıl ərazilərdə, ağac və bitki örtüyü çox olan yerlərdə yaşayan insanlar fiziki və ictimai işlərlə həvəslə, könüllü olaraq məşğul olurlar. Bu da stressi azaldır. Ağaclar arasında yaşamaq depressiyaya düşmə ehtimalını aşağı salır, zehni sağlamlığı gücləndirir.
Vüsalə Əlövsətqızı, Turpkimi.com
08-04-2022