Çəhrayı və qırmızı almaz anbarı Argyle Mədəni bağlandı.
Dünya almaz bazarında dəyəri çox yüksək olan və nadir tapılan çəhrayı və qırmızı rəngli almazların çıxarıldığı Avstraliyadakı Argyle Mədəni işini yekunlaşdıraraq bağlandı.
TurpKimi.com xarici mediaya istinadla xəbər verir ki, mədəndən çıxarılan son min ədəd çəhrayı almaz Beynəlxalq Gemoloji İnstitutu (International Gemological Institute - IGI) tərəfindən sertifikatlandırılıb.
Mədənin bağlanması ilə dünyanın ən çox çəhrayı və qırmızı almaz çıxarılan qaynağı da tükənmiş oldu. Bu tonlardakı almazlar Braziliya, Cənub Afrika, Sibir Tanzaniyası, Kanada və Rusiyadakı mədənlərdən nadir olaraq çıxarılsa da Avstraliyadakı qədər qiymətli olmayacaq.
Torpaq altında istilik və təzyiqlə almaza çevrilən karbon fərqli laylardan keçərkən işığa məruz qaldıqda içindən dəyişikliyə uğrayır və tamam fərqli bir rəngə sahib olur. Yerin dərinliklərində reallaşan bu dəyişmə indiki vaxtda laboratoriyalarda şüalama yolu ilə atom quruluşu dəyişdirilərək də reallaşdırıla bilir. Bu dəyişmə Beynəlxalq Gemoloji İnstitutu mütəxəssisləri tərəfindən analiz edilir. Beləliklə, almazın rənginin gerçək, yoxsa saxta olduğu hesabatlarla sübuta yetirilir.
Brilyantda sertifikat əhəmiyyətlidir
Bir brilyantın, ya da qiymətli daşın həqiqətən qiymətli olub-olmadığı parlaqlığı, rəngi, ya da böyüklüyündə deyil. Qlobal miqyasda müstəqil bir laboratoriya tərəfindən təsdiqli sertifikatı ilə məlum olur. Beynəlxalq Gemoloji İnstitutu dünya ləl-cəvahirat bazarında təxminən yarım əsrdir ləl-cəvahirat, qiymətli daş və brilyant sahəsində ixtisaslaşan 18 laboratoriyasında gündəlik 20.000 sertifikat çap edir. istehlakçıları satın aldıqları daş-qaşın saxta olub-olmadığını araşdırır.
Vüsalə Əlövsətqızı, TurpKimi.com