Təbii daşların ziyanı: Həkimlər xəbərdar edir ki... - VİDEO


Təbii daşlar üzrə mütəxəssisin rəyi...

tebii-daslarin-ziyani-hekimler-xeberdar-edir-ki
01.06.2021 16:33 1 dəq oxuma

Son dövrlər ölkəmizdə təbii daşlara olan maraq xeyli artıb. Artıq insanlar təbii daşların müsbət enerjisi ilə yanaşı müalicəsinə və psixoloji təsirinə də inanırlar. 

Bu qiymətli daşları kimi şəxsi bəzək əşyası, kimisə evdə suvenir kimi alıb istifadə edir. 

Ümumiyyətlə, belə hesab edilir ki, daşların titrəyişi insan orqanizminin titrəyişi ilə həmahənglik təşkil edir və orqanizmi zərərli təsirlərdən müalicə edir. 

Psixoloqlar da təbii daşların insanlarda müsbət aura yaratdığını deyir. 

Qədim zamanlardan insanlar təbii daşları müxtəlif xəstəliklərin müalicəsində istifadə edirlər. El arasında ən geniş yayılmışı isə kəhrəbadır ki, xüsusi olaraq qalxanvari vəzinin müalicəsində istifadə edilir. 

Lakin həkimlər insanları bir daha xəbərdar edir ki, daşların təyinatını mütləq bilmək lazımdır. Orqanizmə uyğun olmayan və yanlış seçilən daş mənfi təsir göstərə bilər. Həmçinin yadda saxlamaq lazımdır ki, bu daşlar müalicə üçün köməkçi vasitədir. Yalnız daşlarla xəstəliyi müalicə etmək mümkün deyil. 

TurpKimi.com