Təbii düyünü saxtasından necə ayırmaq olar? - 4 YOLU VAR


Təəssüf, insana faydalı olan hər şeyin saxtası hazırlanır.

tebii-duyunu-saxtasindan-nece-ayirmaq-olar
05.09.2019 09:20 2 dəq oxuma

Günümüzdə hər şeyin saxtasına rast gəlmək və hətta yemək heç birimizə qeyri-adi gəlməz. Hər addımda daha sağlam və faydalı qidalanmağa çalışsaq da, marketlərdə satılan qidaların təbiliyinə hər zaman şübhə var. Yəni, qulaqlar nələr eşitmir yediklərimiz haqqında?!

TurpKimi.com  “syl.ru” saytına istinadən xəbər verir ki, süfrələrimizi bəzəyən düyü plastik və digər materiallardan asanlıqla hazırlana bilən bir qida olub. Çində olan bəzi fabriklər daha asan qazanc əldə etmək üçün sintetik qətrandan (plastik material) düyü istehsal edirlər. Həmin materialdan düyü formasında hazırlanan məhsula vurulan ətir və dadlandırıcı elə xoş olur ki, hətta təbiisindən seçilmir.

Bəs saxta düyünü necə müəyyən etmək olar?

1 – Suda batacaq, yoxsa üzərində duracaq?

1 xörək qaşığı düyünü 2 stəkan suda qarışdırın. Suda batıb-batmayacağına fikir verin. Əgər batırsa demək hər şey normaldı. Suyun üzərində qalacaqsa, demək plastik materialdan hazırlanıb.

2 – Çöküntü və bulantı

Düyünü qaynardarkən suyun üzərinə yığılan təbəqəyə diqqət edin. Suyun səthində qalın çöküntü əmələ gəlirsə, bu, düyünün plastik olmasına işarədir.

3 – Yandırmaq

Ən mükəmməl üsul düyünü yandırmaqdır. Yandırarkən plastik material və ya kartof qoxusu gələrsə, demək düyü saxtadır. Həmçinin yandırarkən plastik material kimi tez alışıb yanacaq.

4 – Diqqətli olaq!

Marketlərdən düyü alarkən istifadə olunma müddətinə diqqət edin. Saxlanma müddəti 1 ildən çoxdursa, onun saxta düyü olmasına işarədir.

Firuzə Alimova / TurpKimi.com