Təbii omeqa 3 və omeqa 6 tərkibli QOZ SÜDÜ - Kleopatranın gözəllik eliksiri


Səhər idman edənlərin və ya övladını təbii omeqa ilə böyütmək istəyənlərin nəzərinə...

tebii-omeqa-3-ve-omeqa-6-terkibli-qoz-sudu
24.05.2020 01:01 2 dəq oxuma

Qoz südünün hazırlanma qaydası qədim Misirdən əldə edilib və Kleopatranın ən çox istifadə etdiyi möhtəşəm gözəllik reseptidir. Dərinin gözəlləşməsində, orqanizmin vitamin, xüsusilə də omeqa 3 və omeqa 6 ilə zənginləşməsində əvəzedilməz faydası var.

Bunun üçün 1-2 ovuc qozu qabıqları ilə birlikdə yaxşıca yuyub 12-14 saat (gecədən səhərə kimi) 2 stəkan suda isladırıq. Sonra blenderlə 10 dəqiqə əzirik. İçinə 1 çay qaşığı kakao, 1 çay qaşığı bal, yarım çay qaşığı toz zəncəfil və zövqə görə razyana (içərkən  bağırsaqlarda köp yaratmasın deyə) qatırıq və yenidən blenderlə qarışdırırıq. Əldə edilən köpüklü qarışımı tənzifdən süzürük. Qoz südünü süzmədən də içmək olar. Lakin süzdükdən sonra əldə edilən qalıqları uşaqdan tutmuş böyüyə kimi bir çox dəri problemlərində, üzə, əllərə istifadə etmək olar.

Qoz südünün digər südlərdən fərqi onun heyvansal deyil, bitki tərkibli və təbii omeqa 3, omeqa 6 tərkibinə malik olmasıdır. Mənfi təsiri olmadığı üçün hər yaşa uyğundur, hətta uşaqların kaşalarını təbii omeqa tərkibli bu süddə hazırlamaq olar.

Qeyd edək ki, qarışımı təkcə qozla deyil, fındıq, badam və fısdıqla da hazırlamaq mümkündür. Ancaq həmin quru meyvələri qızardılmış şəkildə və yaxud duzla birlikdə istifadə etmək faydalı deyil. Çünki tərkibindəki omeqa bədənə sovrulmur.

Qoz südünü şüşə qabda ağzı bağlı şəkildə 4 gün soyuducuda saxlamaq olar. Qətiyyən isitmək olmaz.

TurpKimi.com qoz südünün hazırlanmasını videoda təqdim edir:

Firuzə Alimova / TurpKimi.com