"Təcili yardım maşını 1 saata gəlib çatır" - Milli Məclis də dilə gəldi


Yeddi il bundan əvvəl Bakıda 185 təcili tibbi yardım ekipajı çalışırdı.

tecili-yardim-masini-1-saata-gelib-catir
04.11.2023 20:25 1 dəq oxuma

Bu gün isə cəmi 140 təcili tibbi yardım maşını işləyir. Nəzərə almaq lazımdır ki, ötən müddət ərzində paytaxt sakinlərinin də sayı kifayət qədər artıb. Burada söhbət rəsmi qeydiyyatdan keçən təxminən 2 milyondan çox şəxsdən gedir.

Bunu Milli Məclisin deputatı Rüfət Quliyev parlamentdə "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

"Bu məsələ ilə bağlı mənə vətəndaş müraciətləri olur. Ən yaxşı halda təcili yardım maşını çağırışdan 40-45 dəqiqə sonra hadisə yerinə gəlib çatır. Hətta bəzən bu müddət 1 saatdan da çox olur. Hökumətdən xahiş edirik ki, heç olmasa, təcili tibbi yardım avtomobillərinin texniki məsələsi həll olunsun”, - R.Quliyev əlavə edib.