Belə vəziyyətdə heç bir halda keyfiyyətli təhsildən danışa bilmərik...
"Azərbaycanda birmənalı şəkildə onlayn və ənənəvi təhsil sistemi dayandırılmalıdır”.
TurpKimi.com bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Ekspert bildirib ki, ölkədə internetin sürəti olduqca aşağıdır:
"Bundan əlavə, müəllimlər arasında könüllü orduya çağırılanlar var. Digər tərəfdən isə bu, təhlükəsizlik üçün də vacibdir. Hazırda ölkənin bütün diqqəti Qarabağa, müharibəyə yönəlib. Burada təhlükəsizlik məsələsi də var. Şagirdlər məktəbə gedir, istər-istəməz xoşagəlməz hadisələr baş verə bilər. Ümumiyyətlə, ölkə ərazisində təhsil prosesi hərbi əməliyyatlar başa çatana kimi dayanmalıdır”.
Kamran Əsədov bildirib ki, belə vəziyyətdə heç bir halda keyfiyyətli təhsildən danışa bilmərik:
"Valideynlər narahatdır, həm də ölkədə normal internetin fəaliyəti dayandığna görə proqram əsasında dərsin keçirilməsi mümkün deyil. Proqram dayanmalıdır və hərbi əməliyyatlar başa çatandan sonra şagirdlər qaldığı yerdən davam etməlidir. Yoxsa müəllim deyəcək, mən bu dərsləri keçmişəm, yekunda isə şagirdlər keşmədiyi dərslərə görə proqramdan geri qalmış olacaq. Ona görə də ölkədə hərbi əməliyyatlar başa çatana kimi onlayn, ənənəvi tədris prosesi dayandırılmalıdır”.
TurpKimi.com