Təhsil naziri valideynlərə müraciət edib


"Təhsil sisteminin kökündə duran məsələ dəyərlərin ötürülməsidir. Böyüklər tərəfindən həddən çox gözləntilərin olması ilə razıyam".

tehsil-naziri-valideynlere-muraciet-edib
18.11.2021 13:38 1 dəq oxuma

Bunu təhsil naziri Emin Əmrullayev Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, valideynlər onların getdiyi məktəblə, uşaqların getdiyi məktəblər arasında fərqlər olduğunu qəbul etməlidir: "Biz az sual veririk ki, uşaqlar nə istəyir. Ən vacib sual isə 20-30 ildən sonra uşaqlara nə lazım olacaq. Fənn bilikləri ilə bağlı deyə bilərəm ki, fənlərin ayrı-ayrı tədrisi köhnəlib. Çünki həyat təcrübəsində fənlərin öyrətdiyi bacarıqların istifadəsi lazımdır". (Report)