Təhsil Nazirliyindən məzun günü ilə bağlı qərar


Təhsil Nazirliyi ali və orta ixtisas təhsili müəssisələrində məzun gününün keçirilməsinə münasibət bildirib.

tehsil-nazirliyinden-mezun-gunu-ile-bagli-qerar
24.06.2021 16:28 1 dəq oxuma

Nazirlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, ali və orta ixtisas təhsili müəssisələrindən məzun gününün keçirilməsinə razılıq verilməsi ilə bağlı çoxsaylı müraciətlər daxil olur.

Qeyd olunub ki, ölkədəki sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq ali və orta ixtisas təhsili müəssisələri tərəfindən açıq havada, 100 nəfərdən çox olmamaq şərti ilə və Nazirlər Kabinetinin Operativ Qərargahının müvafiq tələbləri gözlənilməklə Məzun günləri təşkil edilə bilər.

TurpKimi.com