Təhsil Nazirliyindən yeni qərar - Uşaq bağçaları bağlanmayacaq


Emin Əmrullayev feysbuk səhifəsində sualları cavablandırıb.

tehsil-nazirliyinden-yeni-qerar
03.04.2021 17:33 1 dəq oxuma

"Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda yerləşən məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti hələ ki, davam etdirilir".

TurpKimi.com xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev feysbuk səhifəsində “Pandemiya dövründə tədrisin təşkili” mövzusunda sualları cavablandırarkən deyib.

"Uşaq bağçaları distant təhsilə keçmir və bağlanmır. Növbəti günlərdə və həftələrdə bağçalar fəaliyyətini davam etdirəcək", - deyə nazir bildirib.

TurpKimi.com