Təhsil sistemində daha bir qalmaqal - Direktor gənc qıza "şamtutan" dedi - VİDEO


Təhsil Nazirliyi tələbəni təhqir edən direktorla bağlı açıqlama verib.

tehsil-sisteminde-daha-bir-qalmaqal
19.02.2021 12:51 1 dəq oxuma

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) nəzdində Humanitar Kollecin direktoru Nərmin Qaralovanın tələbəni təhqir etməsi iddiası ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlarla əlaqədar olaraq Təhsil Nazirliyində araşdırmalara başlanılıb.

Artıq nazirlikdə bu istiqamətdə araşdırma işləri davam etdirilir.

Araşdırmalardan sonra ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda distant formada keçirilən imtahan zamanı ADMİU nəzdində Humanitar Kollecin direktoru Nərmin Qaralova xanım tələbəni xoşagəlməz ifadə ilə təqdim edib.

Report.az / TurpKimi.com