Meyvə və tərəvəzlərin üzərindəki kənd təsərrüfatı dərmanlarının (pestisidlərin) qalığı yalnız su ilə təmizlənmir.
TurpKimi.com evdə tətbiq edə biləcəyiniz ən təbii və təsirli təmizlik üsullarını təqdim edir:
Kənd təsərrüfatında məhsuldarlığı artırmaq məqsədilə kimyəvi dərmanlardan istifadə edilir. Bu dərmanlar istehlakçıya çatmazdan əvvəl meyvə və tərəvəzlərin üzərində iz buraxa bilir. Gözlə görünməyən bu qalıntılar təkcə su ilə yumaqla keçməyə bilər. Lakin evdə təbii vasitələrdən istifadə etməklə təsirli üsullar sayəsində bu qalıntıların böyük hissəsini təmizləmək mümkündür.
Dərman qalığını təmizləməyin yolları
1. Sirkəli su üsulu
1 litr suya 1 çay stəkanı (təxminən 100 ml) təbii sirkə əlavə edin.
Meyvə və tərəvəzləri bu suda 10-15 dəqiqə saxlayın.
Daha sonra bol su ilə yaxalayın.
Xüsusilə kahı, üzüm, pomidor kimi həssas məhsullar üçün idealdır.
2. Sodalı su üsulu
1 litr suya 1 çay qaşığı soda əlavə edin.
Tərəvəzləri bu suda 10 dəqiqə saxlayın.
Xüsusilə alma, armud kimi parlaq səthli meyvələrdə çox təsirli nəticə verir.
3. Limonlu su üsulu
Limon su da sirkə qədər təsirli təbii dezinfeksiyaedici vasitədir.
1 litr suya yarım limonun suyunu sıxıb əlavə edin.
Meyvə və tərəvəzləri bu suda 5-10 dəqiqə saxlayın.
4. Fırçalama üsulu
Kartof, yerkökü kimi sərt qabıqlı məhsullarda tərəvəz fırçasından istifadə edin.
Axar su altında yüngülcə sürtərək təmizləyin.
Nəyə diqqət edilməlidir?
Sirkə və sodalı sular birlikdə istifadə edilməməlidir – ayrı-ayrı tətbiq olunmalıdır.
Bütün üsullarda son durulama təmiz içməli su ilə aparılmalıdır.
Qabıqla yeyilən və ya yeyilməyən bütün meyvə və tərəvəzlər yuyulmalıdır; çünki qalıntılar ələ də bulaşa bilər.
Vüsalə Əlövsətqızı, TurpKimi.com