Telefon və kompüterdən istifadə edərkən günəş kremi sürtün - SƏBƏB?


Yeni texnoloji cihazlarda dəriyə zərər verən hansı şüa var?

telefon-ve-komputerden-istifade-ederken-gunes-kremi-surtun
05.07.2019 00:57 2 dəq oxuma

Dərinin yaşlanmasının ən başlıca səbəblərindən biri Günəşdir. İnsan dərisi uzun müddət günəş şüalarına məruz qalanda mənfi təsirləri yaşla birlikdə özünü göstərməyə başlayır.

TurpKimi.com türk mediasına istinadən xəbər verir ki, aparılan araşdırmalara görə, bir insanın doğulduğu gündən başlayaraq ilk 20 ildə qəbul etdiyi günəş şüaları ömrü boyu alacağı günəş şüalarının 80 faizini təşkil edir. Ona görə də insan uşaqlıq illərindən etibarən günəşdən qorunmalıdır.

Lakin günəşdən qorunmaq sadəcə dərinin yaşlanmaması üçün deyil, dəri xəstəliklərinə yaxalanmamaq üçün çox vacibdir.

Bir çox insanları düşündürən sual var ki, görəsən, günəş kremi sürtərkən bədən kifayət qədər D vitamini qəbul edə bilirmi? Ümumiyyətlə hər şəhərdə, bölgədə günəş işıqlarının maksimum olduğu müəyyən saatlar vardır. Həmin saatlarda bədənin bir əl boyda olan hissəsinin 10-15 dəqiqə günəş şüaları altında tutulması gündəlik D vitamininə olan ehtiyacı ödəmiş olur. Günəş qoruyucu kremlər isə D vitamini qəbul etməyə əsla mane olmur.

Körpə uşaqlara da 6 aylarından sonra mütləq günəş qoruyucu kremlərdən istifadə edilməlidir. 20 dəqiqə əvvəl sürtülməli, təsiri bir müddətdən sonra keçib getdiyi üçün 3 saatdan bir yenilənməlidir.

Günəş kremləri dərinin növünə görə seçilməlidir. Yağlı dərilər su tərkibli, quru dərilər isə nəmləndirici günəş kremlərindən istifadə etməlidir. Başlıca olaraq dodaq, burun, qulaq, boyun və ənsəyə sürtülməlidir. Çünki ən çox dəri xərçənginə rast gəlinən bölgələr bu yerlərdir.

Bildiyimiz kimi Günəşdə dəriyə zərər verən əsas ultrabənövşəyi A və ultrabənövşəyi B şüalarıdır. Lakin infraqırmızı şüalar yayan telefon, kompüter və planşetlərin ekranlarının da dəriyə ziyanı var. Ona görə qeyd etdiyimiz alətlərlə qapalı məkanlarda çox təmasda olduğunuz zaman günəş qoruyucu kremlərdən istifadə edilməlidir.

Firuzə Alimova / TurpKimi.com