Telefonla danışmaq yüksək təzyiq riskini artırır


30 dəqiqədən çox telefonla danışmaq qorxuludur...

telefonla-danismaq-yuksek-tezyiq-riskini-artirir
13.05.2023 00:44 1 dəq oxuma

Telefonla danışmağın daha bir mənfi cəhəti ortaya çıxıb. Bu, yüksək təzyiq riskidir.

Həftədə cəmi 30 dəqiqə telefonla danışmağın belə yüksək təzyiq riskini artırdığı açıqlanıb.

Belə ki, 30 dəqiqədən çox telefonla danışmağın mümkün təsirləri qorxuludur.

TurpKimi.com “Daily Mail”ə istinadla xəbər verir ki, Çinin Cənub Tibb Universitetindən bir qrup mütəxəssis cib telefonu ilə danışmağın yüksək qan təzyiqi riski arasında əlaqənin olub-olmadığını araşdırıb.

Araşdırma zamanı İngiltərədə təxminən 200.000 yetkin insan 12 il ərzində izlənilib.

Tədqiqat göstərib ki, həftədə 30 dəqiqə və ya daha çox telefondan istifadə edənlərin yüksək təzyiqə tutulma riski az danışanlara nisbətən 12 faiz daha yüksəkdir.

Qeyd olunub ki, yüksək təzyiqə tutulma riski ən yüksək olan qrup gündə bir saat müntəzəm olaraq telefonla danışan şəxslərdir.

Həmçinin məlum olub ki, həftədə 6 saatdan çox telefonla danışanların yüksək təzyiqə tutulma ehtimalı 5 dəqiqədən az danışanlara nisbətən 25 faiz çoxdur.

Həmçinin bildirilib ki, qulaqlıqlardan və ya dinamiklərdən istifadə də riski azaltmır.

Sonda mütəxəssislər ürəyin sağlamlığı baxımından telefon danışıqlarının azaldılmasının lazımlılığı barədə xəbərdarlıq ediblər.

Firuzə Alimova / TurpKimi.com