Telefonlarda “Zəlzələ Xəbərdarlıq Sistemi”ni necə aktiv etmək olar? - Proqramlar


"Google” şirkəti Android smartfonların köməyilə zəlzələlərin müəyyən edilməsi üçün ən geniş şəbəkə yaratmaq niyyətində olduğunu bildirib. Bu barədə məlumat şirkətin rəsmi saytında yer alıb.

telefonlarda-zelzele-xeberdarliq-sistemi-ni-nece-aktiv-etmek-olar
15.02.2023 17:42 1 dəq oxuma

"Google” şirkətinin məlumatına görə, hər smartfon kiçik akselerometrlə təchiz edilib. O, yaxınlıqdakı zəlzələni təsdiqləyən siqnalları qeyd edəcək. 

Zəlzələnin həqiqətən müəyyən bir yerdə olub-olmadığını müəyyənləşdirmək məqsədilə, siqnallar müxtəlif smartfonlardan məlumat toplayan və emal edən xüsusi serverə göndəriləcək.

Sistemin xəbərdarlıq bildirişi göndərməsi üçün telefonda məkan aktiv olmalıdır.

Telefonda Zəlzələ Xəbərdarlığı Sistemini aktivləşdirmək üçün aşağıdakı addımları yerinə yetirmək lazımdır.

 "Samsung” telefonlarında:

1. Telefonda "Parametrlər”i açın və ekranı aşağıya doğru sürüşdürün.

2. Növbəti ekranda "Yer” xanasını seçin.

3. İndi "Məkan Xidmətləri” xanasını seçin.

4. Ekranı aşağıya doğru sürüşdürün.

5. Növbəti ekranda "Zəlzələ bildirişləri” düyməsini aktiv edin.

"Xiaomi” telefonlarında:

1. Telefonda "Ayarlar”ı açın və ekranı aşağıya doğru sürüşdürün.

2. Növbəti ekranda "Məkan” xanasını seçin.

3. İndi "Məkan Müraciəti” xanasını seçin.

4. Daha sonra "Məkan Xidmətləri” xanasını seçin.

5. Növbəti ekranda "Zəlzələ bildirişləri” düyməsini aktiv edin. 

 Təbii fəlakətlər zamanı insanların həyatını xilas edə biləcək proqramlar da var. Bu tətbiqlərin hər ehtimala qarşı telefonlara yüklənməsi faydalıdır.

Həmin proqramların bir neçəsini təqdim edirik:

Gotenna;

Whistle;

Offline chat;

Last quake.

TurpKimi.com